loading...

“Azərbaycanda müxalif jurnalistika demək olar ki, qalmayıb” - Elçin Şıxlı

“Kimi tutasıydılar tutdular, kim qaçasıydı qaçdı”

DTX-nın son günlər həyata keçirdiyi həbslər cəmiyyətdə, xüsusilə də mediada ciddi müzakirə mövzusuna çevrilib. Şübhəsiz, öz fəaliyyətində jurnalistika peşəsinə sığmayan addımlara yol verən şəxslərin neytrallaşdırılması, hansısa formada zərərsizləşdirilməsi vacib və başadüşüləndir. Maraqlıdır, “reket jurnalistikası”nın təmsilçilərinə yönəlik həbslər fonunda bəzi müxalif jurnalistlərin, azad media mənsublarının da həbsi reallaşa bilərmi? Başqa sözlə desək, siyasi hakimiyyətin məlum həbslərin “gözünə qatıb” tənqidi məqalələri ilə ona başağrısı yaşadan bəzi jurnalistləri də həbs etdirməsi mümkündürmü?

24saat.org-a açıqlama verən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Mənimçün “reket jurnalistikası” deyilən məfhum yoxdur. Sadəcə olaraq juliklər var. Yəni jurnalistikada özünə yer edən juliklər mövcuddur. “Reket jurnalistikası” deyilən bir şey yoxdur.

Ikincisi, müxalif jurnalistikadan söhbət gedirsə, bizdə müxalif jurnalistika demək olar ki, qalmayıb. Kimi tutasıydılarsa tutdular, kim qaçasıydı qaçdı. Bu gün ortada olan sadəcə bloggerlərdir. Bir “Azadlıq” qəzeti idi, o da çıxmır. Bu gün bütün güc sosial şəbəkələrdədir. Əgər sosial şəbəkələrdə aktivlik göstərən hansısa qeyri-jurnalisti tutub ağzını yummaq istəyəcəklərsə, bu, başqa məsələ”.
“Azərbaycanda müxalif jurnalistika demək olar ki, qalmayıb” - Elçin ŞıxlıБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər