Hacıqabulda əməliyyat: saxlanılanlar var - Fotolar
Tarix: 1-11-2022, 09:32
Baxılıb: 399
Google+ Paylaş
Tumblr Paylaş

Hacıqabulda əməliyyat: saxlanılanlar var - Fotolar

1-11-2022, 09:32

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, şöbə əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Hacıqabul rayon sakinləri - Samid Minaxanov, İmran Novruzov, Bəxtiyar Həsənov və Sabirabad rayon sakini Nurlan Baxşızadə saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar edilib.
Saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.






Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ