Separatçıların “nəfəsliyini” bağlamaq zamanı - Laçın yolu qapadılacaqmı?
Tarix: 1-11-2022, 09:18
Baxılıb: 377
Google+ Paylaş
Tumblr Paylaş

Separatçıların “nəfəsliyini” bağlamaq zamanı - Laçın yolu qapadılacaqmı?

1-11-2022, 09:18

“Şeytan yuvası”nın Bakıya qarşı son demarşı nəticəsiz qalmayacaq; Paşinyan iqtidarının təzə “Qarabağ konsepsiyası”nda nələr var?..

Ötən həftəsonu hakim “Mülki Müqavilə” Partiyasının qurultayında çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan acı bir etiraf elədi: “Dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi saymayan ölkə yoxdur. Əgər varsa, qoy bunu açıq desin”.
Bu həmin Paşinyandır ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” söyləmişdi. İndi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan və srağagün Xankəndinin mərkəzində yığışıb “artsax heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacaq” bağıran separatçı tör-töküntüləri də. Şəkk-şübhəsiz, onlar da gec-tez Paşinyan kimi gerçəyi dilə gətirməli olacaqlar. Yaxud gətizdiriləcək! Zor, ya xoş.
*****
“Artsax”ı Azərbaycanın tərkib hissəsi sayacaq hər hansı təklif və ya sənəd rədd ediləcək".
Bunu oyuncaq rejimin qondarma “xin” başçısı David Babayan oktyabrın 30-da Xankəndidəki qanunsuz mitinqdə bildirib. Eləcə də Azərbaycanın beynəlxalq axtarışa verdiyi digər kriminal ünsürlər aşağı-yuxarı eyni sayıqlamanı ifraz edərək Qarabağımızın havasını çirkləndiriblər, Azərbaycan dövləti əleyhinə hədyanlar səsləndiriblər.
Əlbəttə ki, onların bu qəbildən xülyalarına, xəyallarına heç bir ciddi ölkə reaksiya verməyəcək. Yəqin ki, tək Fransadan başqa. “Tək əl”dən isə səs çıxmaz. Necə ki, çıxmır - Fransa illərdir özünü faktiki ikinci erməni dövləti kimi aparsa da, ermənilərin yolunda özünü şam kimi əritsə də, ermənidən çox erməni olmağa çalışsa da.
Separatçı ünsürlərin qanunsuz aksiyasına gəlincə, bağırıb-bağırıb sakitləşəcəklər. Əsas səbəbini yazdıq. Guya bunlardan soruşan olacaq ki, Azərbaycanın tərkibində qalmaq istəyirsiniz, yoxsa müstəqil olmaq? Qondarma qurum nə vaxt beynəlxalq hüququn subyekti oldu ki, onun rəyini də kimsə ciddiyə alsın?
Paşinyan sülh prosesinin pərdəarxasını açdı: Qərb tələsdirir, Rusiya əngəl  törədir
Belə bir şey 30 illik erməni işğalı dövründə, qorxaq erməninin “qılıncının tiyəsinin” belə kəsdiyi dönəmdə baş vermədisə, 44 günlük müharibədən sonra ümumiyyətlə mümkün deyil. Odur ki, boş yerə yaxalarını çırmasınlar.
Azərbaycan neçə-neçə millətin yüz illərdir mehriban, birgə yaşadığı tolerant dövlətdir. Bu dövlətdən “xoxan”, “vəhşi” obrazı yaratmaq mümkünsüz. Ermənistandan bütün millətləri qovub onu monoetnik ölkəyə çevirənlər buna ümumiyyətlə, müyəssər ola bilməzlər! Azərbaycanı bəlkə də nədəsə suçlamaq olar, bizə hansısa iradlar bildirilə bilər, amma milli-etnik dözümsüzlükdə ittiham eləmək - əsla!
Odur ki, ölkəmizin sərhədləri daxilində rifah içində, təhlükəsiz yaşamağın mümkünsüzlüyü haqda nağılları qoy özlərinə saxlasınlar. Vurğulandığı kimi, Azərbaycanda neçə-neçə etnosun nümayəndələrinin əsrlərdir aparıcı türk etnosu ilə yan-yana, dinc-yanaşı yaşaması erməni separatçı-kriminal elementlərin iddiasına ən yaxşı cavabdır.
İqor Korotçenko: Azərbaycan onun maraqlarına yenidən qəsd etmək cəhdlərinin  qarşısını birdəfəlik almalıdır - AZƏRTAC
İqor Korotçenko
Rusiyalı tanınmış analitik və hərbi ekspert İqor Korotçenkonun Facebook səhifəsindəki aşağıdakı statusu da erməni radikal-ksenofoblara və revanşistlərə bu xüsusda sərrast cavab sayıla bilər.
“Sən demə, Türkiyədə erməni icması var və o, çox xoşbəxt də yaşayır! Hətta Türkiyə parlamentində öz deputatları ilə təmsil olunublar (Karo Paylan və b.) Bəs ağzından tüpürcək tökülə-tökülə "Böyük Turan" haqda bədnam planlardan danışan təbliğatçı-"şərqşünas"ın dedikləri? Qarabağın erməni əhalisi də Azərbaycanın tərkibində yaşaya və çiçəklənə bilər, təbii ki".
Bu yerdə yada salaq ki, Türkiyə Böyük Millət Məclisinin deputatı Karo Paylan neçə gündür İrəvanda səfərdədir. O, Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan və ölkənin birinci prezident Levon Ter-Petrosyanla görüşüb, müxtəlif müzakirələr aparıb...
*****
Qayıdaq Ermənistanın hakim partiyasının son qurultayına. Orada Paşinyanın partiyası Qarabağ nizamlanması ilə bağlı faktiki yeni konsepsiyanı təsdiqləyib. Belə ki, qurultayda çıxış edən parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib ki, Türkiyə və Azərbaycanla qeyri-sabit münasibətlər “Ermənistanın təhlükəsizliyinə daimi təhdid mənbəyidir və bu, aradan qaldırılmalıdır”.
“Biz əminik ki, Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təmin etməyin yolu regionun bütün ölkələri, ilk növbədə Türkiyə, Azərbaycan, İran və Gürcüstanla birgəyaşayış formulunu hazırlamaqdan keçir. Ermənistan öz qonşuları üçün təhlükə mənbəyi hesab edilməməlidir, onun qonşuları isə Ermənistan üçün təhlükə mənbəyi olmamalıdır”, - Rubinyan vurğulayıb.
Madagizdəki erməni alayı təşviş içindədir
“Dağlıq Qarabağ probleminə gəlincə, partiya onun həlli üçün yeni konsepsiya qəbul edir. Əgər əvvəllər Qarabağın statusu onların hüquq və təhlükəsizliyini təmin edən prioritet hesab olunurdusa, indi ermənilərin təhlükəsizliyi və hüquqları prioritet hesab edilir və status bu təminatlar sistemindən çıxarılır”, - o deyib.
Sülhün bərqərar olması partiyanın 2026-cı ilə qədər olan dövr üçün 3 prioritetindən biri adlandırılıb.
*****
Təbii ki, Azərbaycan İrəvanın 2 ildir necə sülh oyunları oynadığını, sülh müqaviləsindən yayınmaq üçün Rusiya, Qərb və hətta İran arasında necə vurnuxduğunu da nəzərdən qaçırmamalıdır. Erməni milyarder, Kremlin adamı Ruben Vardanyanın pulu ilə ötən bazar Xankəndidə mitinqin təşkilində Paşinyan hökumətinin marağı və əlinin olduğu da unudulmamalıdır.  
Ekspert Natiq Cəfərliyə görə, “Şeytan yuvası”nda qurulan srağagünkü mitinq tamaşası iki məsələni üzə çıxarır: “1) Ermənilərin davası demokratiya deyil, ərazi iddiası və terrorizmdir, sadəcə, indi bunu demokratiya ilə pərdələmək istəyirlər. Demokratiyanın olmaması hansısa ölkənin ərazisini işğalda saxlamaq və separatizm üçün səbəb deyil, ola da bilməz.
2) O qədər adamı Ermənistandan daşıyan avtobusları “rusməramlılar” niyə ora buraxıblar - deməli, Rusiyanın da marağı elə bir mitinq təşkil etmək idi, orada dalğalanan Rusiya bayraqları da buna sübutdur. Soçi görüşündən öncə belə bir addımla təzyiq yaratmaq istəyirlər. Soçi görüşündən müsbət qərarlar çıxmasa, əks addım kimi Laçın yolu bağlanmalıdır - Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur, vəssalam".
Analitik Asif Nərimanlıya görə isə Ermənistan müharibədən sonra razılaşmaların icrasını uzatmaqla geosiyasi proseslərin dəyişməsinə ümid edirdi, hazırda bu dəyişikliyi müşahidə edirik və zaman bizim əleyhimizə işləyir. “Xankəndidəki separatizmə qarşı daha praktiki addımlara ehtiyac var, hərbi müstəvidən tutmuş həyat şərtlərinin çətinləşdirilməsinə qədər. Artıq 1988-ci ilin separatizm hərəkatının başlandığı hadisələrin analogiyası müşahidə edilir və aydın görünür ki, "Qarabağ münaqişəsi"nin “etnik münaqişə” kimi davam etdirilməsi planını icra etmək cəhdləri var", - deyə o qeyd edib.
“Həyat şərtlərinin çətinləşdirilməsi” deyərkən əlbəttə ki, ilk növbədə yeni Laçın yoluna nəzarəti əlimizə almaq ola bilər. Müvəqqəti də olsa, bu təzədən havalanıb göylə gedən separatçıların qaynar başları üçün “soyuq duş” effekti yaradardı - elə onları üstümüzə qısqırtmaq istəyənlər üçün də... 
P.S. Yazı Soçi görüşündən öncə hazırlanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ