Zelenskinin tələbi Baydeni özündən çıxarıb – NBC-nin mənbəyi
Tarix: 31-10-2022, 18:38
Baxılıb: 237
Google+ Paylaş
Tumblr Paylaş

Zelenskinin tələbi Baydeni özündən çıxarıb – NBC-nin mənbəyi

31-10-2022, 18:38

ABŞ Prezidenti Co Bayden iyunun 15-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı özündən çıxıb.
Publika.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, buna səbəb Co Baydenin Ukraynaya 1 milyard dollarlıq yeni yardım paketi göndərilməsi ilə bağlı sözlərindən dərhal sonra cənab Zelenskinin əlavə yardım tələb etməsi olub.
NBC mənbələrinin məlumatına görə, söhbət zamanı Co Bayden yüksək səslə ABŞ-ın kifayət qədər səxavətli olduğunu və prezident administrasiyasının Ukraynaya kömək etməyə çalışdığını bildirib. O, guya qeyd edib ki, Zelenski Amerika tərəfinin göstərdiyi köməyə görə minnətdarlıq etməlidir.
NBC qeyd edir ki, bu telefon danışığından sonra Vladimir Zelenski ABŞ-a göstərilən yardıma görə açıq şəkildə təşəkkür edib. Mənbələr bunun fonunda iki ölkə liderləri arasında münasibətlərin yaxşılaşdığını bildirir. Bununla belə telekanal yazır ki, Co Bayden Konqresdə Ukraynaya yardım məsələsi ilə bağlı mübahisələrlə üzləşib.
Noyabrın 8-də ABŞ-da Nümayəndələr Palatası və Senatdan ibarət Konqresə seçkilər keçiriləcək. Konqresdə respublikaçıların lideri Kevin Makkarti bildirib ki, onun partiyası qalib gələrsə, Vaşinqton Ukraynaya “boş çeklər” verməyi dayandıracaq. Sorğulara görə, amerikalılar ölkənin əsas məsələlərinin həllində daha çox respublikaçılara etibar edirlər.
Cənab Zelenski dəfələrlə Ukraynanın ABŞ və Avropa İttifaqının daha çox köməyinə ehtiyacı olduğunu bildirib. Oktyabrın 12-də “The Washington Post” qəzeti yazıb ki, Co Bayden Vladimir Zelenskidən ABŞ-dan hərbi yardımın azlığından şikayətlənməyi dayandırmasını istəyib. Çünki bu, Ukraynaya vəsait ayırmaq üçün Konqreslə danışıqları çətinləşdirir. Hərbi əməliyyat başlayandan bəri ABŞ Ukraynaya 16,8 milyard dollar ayırıb. Oktyabrın 28-də Pentaqon Ukraynaya 275 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ