loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Azərbaycan hökuməti büdcəni doldurmaq üçün ən müxtəlif yollara əl atır. Kommunal xərclər artırılır, dövlət qurumları satışa çıxarılır, bağça və məktəblərin ödənişli olması, pensiya yaşının artırılması təklif edilir və s.

24saat.org-un da büdcəni doldurmaq üçün təklifi var. Güman edirik ki, hakim partiya bu təkllifimizi dəyərləndiriləcək.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi təşkilatın 600 min üzvü olduğunu iddia edir. YAP-da üzvlük haqqı əvvəllər simvolik olaraq aylıq 1 manat olub. Məlumatlara görə, sonradan əmək haqqının 1 faizinin tutulması qərara alınıb.

Məmur ordusunun və sahibkarları əhəmiyyətli hissəsi YAP-ın üzvüdür və onların üzvlük haqqı ən azı 3 rəqəmli məbləğlə ölçülür. Bu baxımdan YAP-da üzvlük haqqını orta hesabla 10 manat götürsək, bu aya 6 milyon, ilə isə 720 milyon manat edir. Az məbləğ deyil. Fikrimizcə, YAP dövlət maraqlarını partiya maraqlarından üstün tutaraq bu məbləği büdcəyə köçürə bilər.

İddia oluna bilər ki, YAP-ın tədbirləri təşkilatın öz hesabına keçirilir. Yaxud partiya funksionerlərinə maaş verilməsi qabardıla bilər. Bu iddiaların heç bir əsası yoxdur. Əvvəla, YAP-ın tədbirlərinə hökumətdən ciddi maliyyə və inzibati dəstək verilir. İkincisi, YAP-ın funksinerləri digər partiyaların yetkililəri kimi işsiz deyil. Onların bir hissəsi deputat, bir hissəsi isə məmurdur. Dediklərimizi əsaslandırmaq üçün YAP-ın İdarə Heyətinə diqqət yetrimək kifayət edir. Hətta Siyasi Şura üzvlərinin də çoxu müxtəlif qurumlarda vəzifə tutur, ən pis halda bizneslə məşğuldurlar.

24saat.org

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər