Ermənistan müxalifətindən dövlət çevrilişi siqnalı: “Sülh müqaviləsi imzalansa...”
Tarix: 31-10-2022, 16:33
Baxılıb: 100
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistan müxalifətindən dövlət çevrilişi siqnalı: “Sülh müqaviləsi imzalansa...”

31-10-2022, 16:33

“Biz bədbəxt sülh müqaviləsi imzalanmaması üçün hər şeyi edəcəyik. Lakin imzalansa belə hələ də onun ratifikasiyası proseduru var”.
Reportyor.tv erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 31-də keçirdiyi mətbuat konfransında “Hayastan” fraksiyasından olan deputat İşxan Saqatelyan deyib.

“Aydın deyirəm ki, Qarabağ məsələsi ilə bağlı, onun (separatçı qondarma rejimin-red.) öz müqəddəratını təyinetmə hüququnu məhdudlaşdıracaq istənilən sənəd konstitusiyaya ziddir. Bu Ermənistanın İstiqlal Bəyannaməsini tapdalamaq, düşmən tərəfinə keçmək deməkdir. Bəli, lazım gələrsə, ölkənin konstitusiya quruluşunun bərpası vəzifəsi qoyulacaq”,-deyə erməni deputat bildirib.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ