“Qarabağ”ın Fransaya səfər proqramı açıqlandı
Tarix: 24-10-2022, 08:30
Baxılıb: 341
Google+ Paylaş
Tumblr Paylaş

“Qarabağ”ın Fransaya səfər proqramı açıqlandı

24-10-2022, 08:30

UEFA Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşacaq “Qarabağ” oktyabrın 25-i Fransaya yollanacaq.
Publika.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Oktyabrın 26-da saat 19:10-da (Bakı vaxtı ilə 21:10) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 19:30-da isə (Bakı vaxtı ilə 21:30) matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ