Ukrayna “çirkli bomba”dan istifadəyə hazırlaşır - Şoyqu
Tarix: 23-10-2022, 18:38
Baxılıb: 217
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna “çirkli bomba”dan istifadəyə hazırlaşır - Şoyqu

23-10-2022, 18:38

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə Ukraynadakı vəziyyəti müzakirə edib.
reportyor.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Şoyqu həmkarına Ukrayna Silahlı Qüvvələrinin “çirkli bomba”dan istifadəyə hazırlaşdığını və bununla bağlı narahatlığını bildirib.
Məlumat üçün qeyd edək ki, “çirkli bomba” və ya radioloji dispersiya cihazı (RDD) radioaktiv materialı adi partlayıcı maddələrlə birləşdirən mümkün radioloji silahdır. Silahın məqsədi partlayış zonasının ətrafını radioaktiv materialla çirkləndirmək, ilk növbədə mülki əhalinin bu zonada qalmasını çətinləşdirməkdir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ