İşğaldan azad edilmiş ərazilərində aqroparklar yaradıla bilər
Tarix: 19-10-2022, 14:33
Baxılıb: 251
Google+ Paylaş
Tumblr Paylaş

İşğaldan azad edilmiş ərazilərində aqroparklar yaradıla bilər

19-10-2022, 14:33

"Yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərdə bir və yaxud bir neçə aqroparkın yaradılması ilə bağlı sahibkarlıq subyektləri ilə danışıqlara başlaya bilərik".
reportyor.org xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev bildirib.
"Hazırda 33 rayonda 51 aqropark var. Yevlax və Sabirabaddakı aqroparkları dövlət yaradıb, digər aqroparklar isə özəldir. İşğaldan azad edilmiş ərazilərdə aqropark yaratmaq üçün infrastruktur bərpa edilməlidir. Kənd təsərrüfatı elə bir sahədir ki, burda infrastrukturun qurulması illərlə vaxt aparır, xüsusilə də su təsərrüfatlarının yaradılması uzun müddət tələb edir. Amma həmin ərazilərdə su ehtiyatları baxımından geniş imkanlar mövcuddur", - o deyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ