Bazarda hansı maşınlara maraq artıb? - VİDEO/AÇIQLAMA
Tarix: 18-10-2022, 22:51
Baxılıb: 207
Google+ Paylaş
Tumblr Paylaş

Bazarda hansı maşınlara maraq artıb? - VİDEO/AÇIQLAMA

18-10-2022, 22:51

Bu ilin ilk altı ayı ərzində ölkəmizə idxal edilən elektriklə işləyən avtomobillərin sayı 3 dəfədən çox artıb.
reportyor.org "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, yanvar-sentyabr ayları ərzində Azərbaycana hər birininin orta dəyəri 33 min abş dolları olan 301 elektromobil gətirilib
Qeyd edək ki, yanvar ayından etibarən elektromobillərin ölkəmizə idxalı zamanı bir sıra güzəştlər tətbiq edilir. Təbii ki, bunun da əsas səbəbi ekoloji təmiz avtomobillərin istifadəsini təşviq etməkdir. Artıq atılan stimulverici addımlar öz bəhrəsini verir.
Nəqliyyat məsələləri üzrə ekspert bildirib ki, ekoloji təmiz avtomobillərə marağın artmasına səbəb yanvar ayından etibarən bu növ nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və daxili bazarda satışı zamanı tətbiq edilən güzəştlərdir.
“Digər səbəb isə elektromobillərin alışı güzəştli kredit şərtlərinin olmasıdır. Bundan başqa, gündən-günə elektromobillər üçün infrastruktur da genişləndirilir. Sadalanan səbəblər elektromobil və ekoloji təmiz avtomobillərə marağı artırmaqda davam edəcək”.
Daha ətraflı süjetində:


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ