Trass Makronla RAZILIĞA GƏLDİ: Rusiyaya qarşı cavab tədbirləri üçün...
Tarix: 18-10-2022, 22:49
Baxılıb: 324
Google+ Paylaş
Tumblr Paylaş

Trass Makronla RAZILIĞA GƏLDİ: Rusiyaya qarşı cavab tədbirləri üçün...

18-10-2022, 22:49

Böyük Britaniyanın baş naziri Liz Trass və Fransa Prezidenti Emmanuel Makron telefon danışığı zamanı Rusiyanın Ukrayna ərazisinə son hücumlarını müzakirə ediblər.
Bu barədə reportyor.org "Sky News" kanalına istinadla xəbər verir.
"Baş nazir bu gün günortadan sonra Fransa prezidenti Emmanuel Makronla danışıb", - məlumatda deyilir.
Məlumata görə, liderlər Rusiyanın Ukraynadakı mülki ərazilərə son vəhşi hücumlarından dərin narahatlıqlarını müzakirə ediblər.
“Onlar razılaşıblar ki, Böyük Britaniya və Fransa müttəfiqləri ilə Ukraynanı dəstəkləmək və Rusiyanın təcavüzünə cavab tədbirləri koordinasiya etmək üçün müttəfiqləri ilə sıx işləməyə davam edəcəklər”, - məlumatda qeyd edilib.
Xatırladaq ki , oktyabrın 18-də gecə və səhər Rusiya qoşunları Ukraynanın bir sıra şəhərlərinə, o cümlədən Kiyevə dəfələrlə hava zərbələri endirib.
Xatırladaq ki, Trass ən qısa zamanda Ukraynaya səfər etmək istəyir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ