Yunan-Roma güləşçimiz dünya ikincisi oldu
Tarix: 18-10-2022, 22:49
Baxılıb: 271
Google+ Paylaş
Tumblr Paylaş

Yunan-Roma güləşçimiz dünya ikincisi oldu

18-10-2022, 22:49

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.
reportyor.org xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada iranlı Poya Marzla üz-üzə gəlib. Rəqibinə 1:5 hesabı ilə uduzan Quluzadə gümüş medalla kifayətlənib.
63 kq-da çıxış edən Ziya Babaşov isə bürünc medal uğrunda görüşdə yaponiyalı Ryuto İkedanı sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə əsasən, məğlub olan Azərbaycan təmsilçisi 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, bu gün 63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ryuto İkeda (Yaponiya) ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran) ilə güləşəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ