İsrail Ukraynanın bu tələbini RƏDD ETDİ
Tarix: 18-10-2022, 22:48
Baxılıb: 272
Google+ Paylaş
Tumblr Paylaş

İsrail Ukraynanın bu tələbini RƏDD ETDİ

18-10-2022, 22:48

İsrail Ukraynanın iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri Benni Qantz və Aleksey Reznikov arasında telefon danışığı tələbini rədd edib.
reportyor.org xəbər verir ki, bu barədə "Haaretz" xəbər yayıb .
"Bazar ertəsi İsrail Ukraynanın Benni Qantzla Kiyevdəki həmkarı Aleksey Reznikov arasında telefon danışığı tələbini rədd edib. Ukrayna rəsmiləri bildiriblər ki, İsrail bir neçə gün əvvəl başlatdığı telefon danışığı üçün razılaşmanı ləğv edib", – nəşr anonim mənbəyə istinadla yazıb.
Oktyabrın 18-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev Ukrayna ordusunun ehtiyacları üçün hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün İsrailə rəsmi sorğu göndərəcək .
Bundan əvvəl, oktyabrın 16-da İsrailin diasporla iş üzrə naziri Naçman Şai İranın Rusiyaya ballistik raketlər tədarük etməsi ilə bağlı mətbuatda məlumatların yayılmasından sonra İsrailin Ukraynaya hərbi yardım göstərməyə başlamalı olduğunu bəyan edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ