Azərbaycanda 6 yaşlı uşaq atasını güllələdi
Tarix: 18-10-2022, 13:32
Baxılıb: 335
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda 6 yaşlı uşaq atasını güllələdi

18-10-2022, 13:32

Göyçay rayon sakini tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.
Reportyor.tv-nin APA-ya istinadən xəbərinə görə, rayonun Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Eyvazov Ariz Mübariz oğlu qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Araşdırma zamanı onun 6 yaşlı oğlunun əlində olan tir tüfəngindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə yarası aldığı məlum olub. Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyə əməliyyatı olunub.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ