loading...

Polis jurnalistə işgəncə verdi, Zakir Fərəcov onun döyülməsini videoçatla canlı izlədi - ŞOK

Elçin Sadıqov Elçin Sadıqov: ''Bütün bu proseslər canlı videoçatla həyata keçirilib''

Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü ilə realliq.info internet informasiya portalının baş redaktoru İkram Rafiq oğlu Rəhimov və vəzifəli şəxslərin qanunsuzluqlarından dövlət orqanlarına şikayət edən, şikayətləri düzgün araşdırılmadığından jurnalistə müraciət edib məsələni ictimailəşdirən Rəhman Salman oğlu Novruzov Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək hər ikisi bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bu barədə məlumatı vəkil Elçin Sadıqov öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, realliq.info-da dərc edilən yazının qısa mahiyyəti "Ən Ucuz" ticarət mərkəzlərinin vergidən yayınması (Vergilər Nazirliyinin müvafiq məktubları ilə vergidən yayınma öz təsdiqini tapıb) və bu ticarət mərkəzlərinin Zakir Fərəcov tərəfindən bağlanması, mərkəz rəhbərinin Zakir Fərəcova rüşvət verməsindən sonra fəaliyyətini bərpa etməsi ilə bağlıdır. Xüsusi ittihamçı "Ən Ucuz" ticarət mərkəzlərinin rəhbəri Vüqar Qələndərovdur.

Vəkil noyabrın 30-da jurnalist İkram Rəhimovla 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan Təcridxanası) görüşüb:

"25 noyabr 2016-cı il tarixdə məhkəmə zalında həbs edilməsinə baxmayaraq, onu təcridxanaya yox, Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar. Bildirdi ki, onu 3 gün qeyri-qanuni olaraq Sumqayıt Şəhər Polis İdarəsində saxlayıblar. Əməliyyat işləri üzrə müavini Hikmət Qasımovun otağında ona işgəncə veriblər. Video kamera ilə canlı olaraq Zakir Fərəcovdan üzr istəməsini tələb ediblər. Bunu etmədikdə onun başına ağır qoxulu sellofan torba keçirib, nəfəsi kəsilənə qədər tutublar. Sonra yenə üzr istəməyi tələb ediblər. Bildirir ki, bütün bu proseslər canlı videoçatla həyata keçirilib. Yəni Zakir Fərəcov kameranın o bir tərəfindən onu görüb. Sonra üç nəfəri polis idarəsinə gətiriblər və onları məcbur ediblər ki, onun üzünə dursunlar. Dəfələrlə başına sellofan torba keçirdikdən sonra o, bu işgəncələrə dözməyib və başını stulun başına vurmaqla sol gicgah nahiyyəsinə xəsarət yetirib. Bundan sonra işgəncələr dayanıb. Kamera söndükdən sonra polislər deyib ki, o, düz deyir, amma onların naziri Zakir Fərəcovdur, məcburdurlar Z.Fərəcovun dediklərini etməyə. Xəsarətinin tam sağalması üçün onu Sumqayıt Şəhər Polis İdarəsində saxlayıblar və yarası tam sağalandan sonra təcridxanaya göndəriblər".

Vəkil işgəncə faktı ilə bağlı dekabrın 1-də Baş Prokurorluğa rəsmi müraciət edəcək. (Meydan.tv)

Xatırladaq ki, ''Ən ucuz'' ticarət mərkəzi Sumqayıtda ''Əli Şamiloviç'' kimi tanınan yüksək vəzifəli dövlət məmuruna aiddir.
Polis jurnalistə işgəncə verdi, Zakir Fərəcov onun döyülməsini videoçatla canlı izlədi - ŞOKБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər