Alimdən xəbərdarlıq: Koronavirusa yoluxan hər kəs…
Tarix: 17-10-2022, 02:18
Baxılıb: 466
Google+ Paylaş
Tumblr Paylaş

Alimdən xəbərdarlıq: Koronavirusa yoluxan hər kəs…

17-10-2022, 02:18

Koronavirusun gedişi hətta yüngül formada olsa da, insanın qocalma prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
Sfera.az xəbər verir ki, bu barədə “Vzqlyad” qəzetinə biokimya elmləri namizədi, biotexnoloq İlya Duxovlinov məlumat verib.
“Orqanizm genetik, metabolik və hormonal olaraq cavan qala bilər, lakin virusların təsiri altında ömür uzunluğu əhəmiyyətli dərəcədə azalır. Buna misal olaraq COVID-19-u göstərmək olar. Hətta xəstəliyin yüngül forması də qocalma prosesini əhəmiyyətli dərəcədə sürətləndirir”, – Duxovlinov vurğulayıb.
Mütəxəssisin fikrincə, bu, hormonal, nevroloji, kardioloji xəstəliklərə səbəb olan bir neçə faktor nəticəsində baş verir. Biotexnoloq əlavə edib ki, qocalma prosesinə zaman, kosmosda bir cismin mövcudluğu, eləcə də kainatın fiziki quruluşu da təsir edir.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ