Əri tərəfindən güllələndi - Qatili tapmaq üçün 17 şəhərdə elanlar yapışdırdılar
Tarix: 16-10-2022, 13:42
Baxılıb: 223
Google+ Paylaş
Tumblr Paylaş

Əri tərəfindən güllələndi - Qatili tapmaq üçün 17 şəhərdə elanlar yapışdırdılar

16-10-2022, 13:42

İzmirin Konak rayonunda Ezgi Özarslan boşanma prosesində olan həyat yoldaşı Deniz Özarslan tərəfindən güllələnərək öldürülüb.

Musavat.com xəbər verir ki, hadisədən sonra yoxa çıxan Dəniz Özarslanı tapmaq üçün qadın dərnəkləri 17 şəhərdə divarlara və işıq dirəklərinə “Ezginin qatilini axtarırlar” yazılmış plakatlar yapışdırıblar.

Ezginin böyük bacısı Hazal Zerkin "Bu iş ilə məşğul olmaqdan öz acımı hiss edə bilmədim. Artıq həyat bizim üçün davam etmir",-deyə bildirib.
Dəhşətli hadisə ötən il iyul ayının 28-də Mersinli rayonundakı iş yerində baş verib. Deniz Özarslan boşanma prosesində olan həyat yoldaşı Ezgi Özarslanın iş yerinə gəlib. Baş verən mübahisə zamanı Deniz Özarslan tapança ilə Ezgi Özarslanın başına atəş açıb və qaçıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Özarslan təcili yardımla Sağlamlıq Elmləri Universiteti İzmir Tepecik Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Müalicə altına alınan Ezgi Özarslanın beyin ölümü olub. Özarslanın ailəsi qızlarının orqanlarını bağışlamağa qərar verib.
Deniz Özarslanın həbsi ilə bağlı başladılan istintaq davam edərkən, qadın dərnəkləri də hərəkətə keçib. İlk olaraq İzmirdə şəhərin ən işlək yerlərində yapışdırılan və Dəniz Özarslanın fotoşəkilinin də yer aldığı fotolarda “Ezgi Zerkinin qatili Dəniz Özarslan haradadır?” sualı yazılıb.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ