Çoxmərtəbəli binada yanğın: İki nəfər zəhərləndi
Tarix: 13-10-2022, 17:46
Baxılıb: 312
Google+ Paylaş
Tumblr Paylaş

Çoxmərtəbəli binada yanğın: İki nəfər zəhərləndi

13-10-2022, 17:46

Bakıda çoxmərtəbəli binada yanğın olub, iki nəfər zəhərlənib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb, 12 nəfər (onlardan 4-ü uşaqdır) sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ