Günə 100 manat qazanan 70 yaşlı qadın sürücü – Görün nələr danışdı?
Tarix: 13-10-2022, 17:44
Baxılıb: 455
Google+ Paylaş
Tumblr Paylaş

Günə 100 manat qazanan 70 yaşlı qadın sürücü – Görün nələr danışdı?

13-10-2022, 17:44

“Əvvəllər xırda ticarətlə məşğul olurdum. Sonra dollar qalxdı. Gördüm dolana bilmirəm. Çox az da təqaüdüm vardı. Ona görə də məcburi taksiyə qoşuldum”.
Musavat.com xəbər verir ki, bunu Lent.az-a 70 yaşlı taksi sürücüsü Leyla xanım deyir.
Leyla xanım artıq 30 ildir ki, maşın sürür…
- 70 yaşım var. “Bolt”a iki ildi qoşulmuşam. 30 ildi maşın sürürəm. Ümumilikdə isə 6 ildir ki, taksi kimi fəaliyyət göstərirəm. “Bolt”dan əvvəl isə bir neçə taksi şirkətləri ilə çalışmışam. Ən çox xanım müştərilər məni görəndə sevinirlər. Kişilər də pis baxmırlar, normal qəbul edirlər. Taksiyə başlamazdan qabaq alver edirdim. Dollar qalxandan sonra necə dolanım?! Çox az təqaüd alıram. Ona görə də məcbur qalıb taksiyə qoşulmuşam.
O, maşınında siqaret çəkən müştəriləri sevmir…
- Kobud olanlar ən çox xanım müştərilər olur. Maşına minir və icazə almadan siqaret çəkir. Deyirəm, saxlayım düşün çəkin, sonra yola davam edək. Deyir ki, mənə belə “ləzzət edir”. Axı mənə də siqaretin qoxusu ləzzət etmir. Bundan başqa problem yaşamamışam. 6 nəvəm var, onlar üçün çalışıram. Həyat yoldaşım da rəhmətə gedib. Övladlarım da mənim bu işimə qarşı çıxmır. Daha nə edək, dolanmaq çox çətindi. Məcbur qalmışam. Sürdüyüm bu maşını da kreditlə almışam. Saat 5-ə qədər işləyirəm, çünki gecələr təhlükəlidi. Onu da deyim ki, səhərdən axşama qədər işləyəndə, 100 manat qazanmaq olur.
Yeri gəlmişkən, Leyla xanımın taksi fəaliyyətini necə yaxşı yerinə yetirdiyinə biz də şahid olduq. Onunla daha çox söhbət etmək istərdik, amma onu gözləyən müştərisi var idi...
Yolunuz hər zaman açıq olsun, Leyla xanım.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ