50 yaşdan sonra bunu etmək qadınlara qadağandır
Tarix: 6-10-2022, 19:54
Baxılıb: 224
Google+ Paylaş
Tumblr Paylaş

50 yaşdan sonra bunu etmək qadınlara qadağandır

6-10-2022, 19:54

Moda eksperti, moda tarixçisi, kolleksiyaçı, müəllim, teleaparıcı, sənətşünas, teatr rəssamı, interyer dekoratoru... Bütün bu qabiliyyətlərin hamısı bir insanda - Aleksandr Vasilyevdə cəmlənib. Çox az adam bilir ki, Aleksandr Vasilyevin 30-dan çox kitab yazıb. Moda tarixçisi müsahibələrinin birində etiraf edib ki, o, ətrafındakı bütün insanların təhsilli və yaxşı geyindiyini xəyal edir. Yəqin elə buna görə də o, bu qədər kitab yazıb, bu, milyonlarla oxucuya çatmaq üçün əla fürsətdir.
reportyor.org xəbər verir ki, əsərlərində Vasilyev təkcə moda sənayesinin inkişaf yolunu yazmır, həm də aydın və asan həyata keçirilə bilən tövsiyələr verir. Məsələn, o deyir: geyim alarkən ilk növbədə sizə uyğun olanı rəhbər tutun və yalnız bundan sonra trendlərə nəzər salın. Maestro tez-tez təkrarlayır ki, paltara nə qədər pul xərcləməyin əhəmiyyəti yoxdur, hər şeydən əvvəl qadının zövq duyumu olmalıdır.
Vasilyev hətta ev geyimlərinə laqeyd yanaşmamağı, rəngi solmuş sviter, şalvar, təsadüfi və ya köhnəlmiş başmaq belə geyinməməyi tövsiyə edir. Neçə il əvvəl Jaklin Kennedi də eyni şeyi demişdi: “Əgər bir qadın evdə köhnə paltarda və başında biqudilərlə gəzməyə öyrəşibsə, heç vaxt “ailə divarlarından” kənarda Hollivud ulduzu kimi görünə bilməyəcək. Stil həmişə və hər yerdə bizimlədir”.
Teleaparıcının məsləhəti bir qayda olaraq, yaşından və zənginliyindən asılı olmayaraq, bəşəriyyətdə zərif cinsin bütün nümayəndələrinə ünvanlanır. Amma onlardan biri yalnız 50 yaşdan yuxarı qadınlara aiddir.
“Satin və ipək parçalar yalnız 50 yaşa qədər geyinilməlidir. İstəsəniz də, istəməsəniz də üzünüz və dəriniz dəyişir, əllidən sonra tutqun (mat) parçalara fikir vermək daha yaxşıdır. Çünki bu parçalarda yaşınız hiss olunmayacaq.
Parlaq parçalar həqiqətən çox təhlükəlidir - vizual olaraq parıldayan hər şey həcm əlavə edir. Real olmasa da, artıq çəki qadını daha yaşlı göstərir. Odur ki, gənc görünmək istəyirsinizsə, belə geyimlərdən qaçın: ipək, biser və atlaz 30 yaşdan kiçik qızlara daha çox yaraşır”, - ekspert bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ