"Edilli azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib" - FOTO
Tarix: 5-10-2022, 08:49
Baxılıb: 387
Google+ Paylaş
Tumblr Paylaş

"Edilli azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib" - FOTO

5-10-2022, 08:49

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı paylaşım edib.
reportyor.org xəbər verir ki, Hikmət Hacıyev tviterdə qeyd edib:
“Edilli kəndində birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış/öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı müəyyən edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir”.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ