loading...

TƏHSİL «TERRORÇUSU»: Xuraman Rüstəmova Beyləqan təhsilini yarı can edib

Uzun illərdən bəri Beyləqanda Rayon Təhsil Şöbəsinin müdiri postu uğrunda davam edən savaş nəhayyət ki, Tofiq Sadıqovun məğlubiyyəti, Xuraman Rüstəmovanın qalıbiyyəti ilə sona çatdı.
Sonda 3 saylı şəhər məktəbinin direktoru Xuraman Rüstəmova Beyləqan rayon Təhsil Şöbəsinə müdir təyin edildi. Belə desək, Xuraman Rüstəmovanın çoxdankı arzusu reallaşdı. Bəs yaxşı, Xuraman Rüstəmovanın təhsil müdiri vəzifəsinə əyləşməsi rayon təhsil sisteminə necə təsir etdi?

Sonolay.org-un bu xususda apardığı araşdırmalardan məlum olur ki, xanım müdirənin gəlişi Beyləqan təhsilində yalnız və yalnız tənəzzülün sürətlənməsinə, mövcud problemlərin dərinləşməsinə və yenilərinin yaranmasına səbəb olub.
Məlum olub ki,, xanım Rüstəmova gəlişi ilə Beyləqan təhsilinə elə bir dağ çəkib ki, bütün müəllim kollektivi Tofiq Sadəqovun ölənlərinə rəhmət diləyirlər. Bildirilir ki, Xuraman Rüstəmova Beyləqan rayon təhsilinin anasını elə ağlar qoyub, çətin ki, bir də bu təhsil özünü doğrulda bilə.
Rayonda dolaşan söz söhbətlərə görə, hər kəs Xuraman Rüstəmovaya təhsil «terrorçusu» adını qoyub. Hərçənd ki, bunun onun özünə deməsələrdə, öz aralarında onu «qan içən» «təhsil terrorçusu» kimi danışırlar.
Qeyd edək ki, hələ bir müddət X. Rüstəmovanın direktoru olduğu Beyləqan şəhər 3 saylı orta məktəbinin fəaliyyətində müşahidə olunan bir çox neqativ hallardan, xüsusən də məktəbin direktorunun öz işində yol verdiyi çeşidli özbaşınalıqlardan bəhs edən çoxsaylı tənqidi materiallar dərc olunsa da, barəsində heç bir tədbirlər görülməmşdir.

Bir müddət əvvəl, hələ bu təyinata hazırlıq işləri aparılarkən, ölkə mətbuatında bəlkə də daha ciddi ittihamlar yayımlanmışdı. Beyləqanda nurçuluq təriqətinin təbliğatı ilə məşğul olan bir qrup şəxs tərəfindən Xuraman Rüstəmovanın RTŞ müdiri postuna təyinatını təmin etmək üçün təriqətçilərin gərəkən bütün maliyyə dəstəyini NURÇULARDAN aldığı iddia edilirdi.

Xanım təhsil müdiri təhsilin «anasını» neçə ağladır?

Sonolay.org saytı olaraq ötən yazılarımızda qeyd etmişdik ki, Xuraman Rüstəmovanın təhsilə müdir təyinatı nə pedoqoji kollektiv tərəfindən, nədə ki, rayon ictimayyəti tərəfindən bir mənalı olaraq qarşılanmayıb. Bu gün də, apardığımız araşdırmalar nəticəsində məlum olur ki, Beyləqan təhsili sözün əsil mənasında mənəvi terrora qurban gedib.
Onu da yazmışdıq ki, rayon təhsil şöbəsinin (RTŞ)müdiri zərif cinsin nümayəndəsinə dəyişiləndən sonra daha çox nədən yazılır. Təhsilində rüşvətxoluqdan, saxta diplomlu müəllimlərdən və direktorlardan, məktəblərə qanunsuz yolla, Təhsil Nazirliyinin (TN) attestasiyasından keçməyib götürülən müəllimlərdən söhbət gedirdi. İnanmaq istərdik ki, TN və adiəyyəti səalhiyyət sahibləri yazdıqlarımızı geniş şəkildə araşdıracaq və gərəkən tədbirlərini görəcəkdir. Maraqlıdır, necə ola bilir ki, TN-nin müsabiqəsindən, vacib prosedurlardan keçməyən müəllimlər təhsil müdirinin “rüşvət tesdindən” keçməklə iş ala bilirlər? Həmin müəllimlərin əmək haqqları hardan və hansı hesabdan ödənilir? Təhsil şöbələri müəllim götürmək səlahiyyətindədirsə onda TN-nin attestasiyası nəyə gərəkdir?
Vakant yer olmayan məktəblərə müəllimlərin götürülməsi nə qədər doğrudur?

Xatırlayırsınızsa ötənki yazılarımızın birin də qeyd etmişdik ki, Beyləqan rayonunda Xuraman Rüstəmovanın “rüşvət testindən” keçib qeyri-qanuni yolla müəllim işləyənlərin maaşlarını TN-nin 12 saylı Regional Hesablama Mərkəzi hesablamır. Və elə bu səbəbdən də Beyləqan müəllimləri 2 aydan artıqdır ki, əmək haqqı ala bilmirlər. Bu günləri isə Sonolay.org-a daxil olan məlumata görə TN-nin 12 saylı Regional Hesablama Mərkəzi təhsil şöbəsi ilə razılaşıb. Ancaq bu razılaşmanın gizli təfərruatları da var ki, o da bizə bəllidir. Bu haqqda bizə qaranlıq qalan bəzi məqamları dəqiqləşdirdukdən sonra geniş şəkildə yazacağıq.

Saxta diplomlu məktəb direktoru

Xuraman Rüstəmovanın başqa bir qanunsuzluğu da «Mil» qəsəbə orta məktəbinin direktor təyinatı ilə bağlıdır. Belə ki, xanım müdirə vəzifəsindən sui-istifadə edərək Pərvanə müəllimədən 10 min manat rüşvət müqabilində onu məktəb direktoru kürsüsünə təyin etmişdir. Maraqlı məqamisə ondan ibarətdir ki, Pərvanə xanımın diplomu da, yenidən hazırlanma kursunda iştirak sertifikatı da saxtadır. Həra halda Təhsil Nazirliyi və Baş Prokurorluq Pərvanə xanımın diplomu barədə araşdırma aparacaqdır.

35 müəllimdən yığılan 2000-3000 manat rüşvət= 100 min

Bu əsnada oxuculara təqdim etdiyimiz ötən məqalədə yazmışdıq ki, Beyləqan təhsilində vakant yerlər verilmədən X. Rüstəmova 35 müəllimi Təhsil Nazirliyindən vacib proseduradan keçmədən özünün “rüşvət testindən” keçirərək rayon məktəblərində işlə təmin edib. Əlbəttə ki, bütün bunlar da təmənnasiz başa gəlməyib. Mənbəmiz iddia edir ki, işə götürülən 35 müəllimin hər biri təhsil müdirinə 2000-3000 min manat civarında pul verərək işə düzəliblər. Müəllimlərin əmək haqqlarının 2 ay ləngiməsidə sonradan işə götürülən müəllimlərlə bağlı olub. Bu üzdən də TN-nin 12 saylı Regional Maliyyə Hesablama Mərkəzi müəllimlərin əmək haqqlarını gecikdirib. Təhsil Şöbəsinin xanım müdirəsindən maaş cədvəlini (tarifkasiyanı) dəyişməyi və qeyri-qanuni götürdüyü 35 müəllimin adlarının siyahıdan çıxarılmasını tələb edib. Qeyd edək ki, artıq bu gün 12 saylı Regional Maliyyə Hesablama Mərkəzi Beyləqan rayon Təhsil Şöbəsi ilə razılaşıblar.

Müqavilə ilə işləyən 300 -ə yaxın müəllim

RTŞ-nin müdiri X. Rüstəmova ilk əvvəl müqavilə ilə, daha sonra da yaşları 65 və ya daha yuxarı olan müəllimlərə hədə - qorxu gələrək, onları işdən çıxaracağını bildirib. Beləliklə də yenidən müqavilə bağlaması üçün hər birindən 500-1000 manat arasında rüşvət aldıqdan sonra müqavilələri yeniləyib. Bilgilərə görə də, Beyləqan rayonunda müqavilə ilə çalışan 300-ə yaxın müəllim var ki, onların hər birindən tələb olunaraq alınan rüşvətin kəmiyyəti 500 manatdan toplam 150 min manatdan yuxarı rüşvət edir.

Ay alan, Məmləkəti Rey satıram

Bu gün Beyləqan təhsilində daha bir rüşvət mexanizmi də ondan ibarətdir ki, məktəb direktorluq kürsüsü açıq şəkildə hərraca çıxarılıb. Xuraman Rüstəmova təhsilin başına keçər keçməz 10 –na yaxın məktəb direktorlarını işdən çıxardı. Xuraman Rüstəmovanın TŞ müdiri olaraq məktəb direktorlarını işdən azad etməsi də qeyri qanuni atılan addımdır. Direktorları yanız TN-yi işdən çıxara və ya yerinə yenisini təyin edə bilər. Görünür ki, X. Rüstəmova bu hərəkətləri ilə Təhsil Naziri Mikayıl Cabbarova da meydan oxuyur. Hörmətli Mikayı Cabbarov təcili şəkildə Xuraman Rüstəmovaya dur deməlidir. Bir qədər də gözləsə X. Rüstəmova səlahiyyətlərini əlindən aldığı kimi kreslosunu da altından çəkib alacaq. Mikayıl Cabbarov ehtiyatlı olmalıdır!
Yeri gəlmişkən hörmətli TN –i Mikayık Cabbarova belə bir sual yaranır.

1. Təhsil Nazirliyinin razılığı olmadan məktəb direktorlarının işdən azad edilməs və ya yerinə təhsil şöbəsi tərəfindən yenisi təyin edilməsi nə qədər doğru sayılır?
2. Məktəb direktoru çıxarıldıqdan və ya çıxdıqdan sonra direktoru kim əvəz edə bilər? Və ya həmin yer vakant verilirmi? Vakant verilirsə, bəs onda Beyləqan rayonunda çıxarılan direktorların yeri niyə vakant verilməyib?
3. Beyləqan rayon təhsilində Xuraman Rüstəmova tərəfindən direktorlarların işdən çıxarmasından təhsil nazirliyinin h məlumatı varmı?
4. Beyləqan rayonunda bir neçə məktəb direktorları var ki, onlar yeni, bir neçə aydı təyin ediliblər. Onlar TN-dən vacib proseduralardan və ya attestatsiyadan keçiblərmi?

Gəlin güman edək ki, həm bizi, həm də hər kəsi maraqlandıran suallarımıza TN-yi tərəddüdsüz cavab verəcəkdir.

Sonolay.org

TƏHSİL «TERRORÇUSU»: Xuraman Rüstəmova Beyləqan təhsilini yarı can edibБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər