54 yaşlı kişini avtomobil vurdu
Tarix: 12-09-2022, 09:30
Baxılıb: 305
Google+ Paylaş
Tumblr Paylaş

54 yaşlı kişini avtomobil vurdu

12-09-2022, 09:30

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
reportyor.org-un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Əliyev Yavər Allahyar oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ