Pakistanda köç böhranı: evlərini tərk edirlər...
Tarix: 12-09-2022, 09:30
Baxılıb: 225
Google+ Paylaş
Tumblr Paylaş

Pakistanda köç böhranı: evlərini tərk edirlər...

12-09-2022, 09:30

Pakistanın cənubundakı Sind əyalətinin sakinləri baş verən daşqınlara görə, təhlükə altında qalan evlərini tərk etməyə başlayıblar. Onlar evlərinin qəzalı duruma düşdüyü üçün bu addımı atdıqlarını və başlarını götürüb getdiklərini dilə gətirirlər.
reportyor.org-un xəbərinə görə, təbii fəlakətin fəsadları o qədər ağırlaşıb ki, bölgə sakinləri fəlakətdən zərər çəkmiş ərazilərdən köç etməyə başlayıblar.
Hətta Dadudakı 400 məhbusun daşqın səbəbindən Heydərabaddakı həbsxanaya köçürüldüyü deyilir.
Son üç gündə minlərlə insanın Heydərabad şəhərinə doğru hərəkət etdiyi bildirilir.
Qeyd edək ki, iyunun 14-dən bəri Pakistanda aramsız musson yağışları səbəbindən təxminən 1400 nəfər ölüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ