Kraliçaya görə Türkiyədən gül sifarişi artdı
Tarix: 12-09-2022, 09:29
Baxılıb: 312
Google+ Paylaş
Tumblr Paylaş

Kraliçaya görə Türkiyədən gül sifarişi artdı

12-09-2022, 09:29

Kraliça II Elizabetin yas və dəfn proqramı üçün Antaliya və İspartadan gül tələbatı 90 faiz artıb.
reportyor.org xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, cənazə və dəfn mərasimi günü üçün təxminən 1,5 milyon budaq qərənfil daşınmasına başlanılıb.
Qeyd edək ki, İngiltərədə yas və dəfn mərasimləri üçün 10 günlük proqram hazırlanıb.
Məhz bununla əlaqədar İngiltərədən Antaliyaya mərasim üçün kəsmə gül sifarişində 90 faizlik artım müşahidə olunur.
Məlumata görə, tələbatla əlaqədar olaraq Antaliya və İspartada gülçülərin gündəlik iş vaxtı 2 saat, işçilərin sayı isə 50 faiz artırılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ