Türkiyə millisi Tbilisidən qalib ayrıldı
Tarix: 2-09-2022, 23:33
Baxılıb: 298
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə millisi Tbilisidən qalib ayrıldı

2-09-2022, 23:33

Türkiyənin kişilərdən ibarət milli basketbol komandası Gürcüstanın paytaxtı Tbilisidə Tbilisi Arenada 2022-ci il Avropa çempionatının A qrupunun ilk oyununda Monteneqro ilə qarşılaşıb.
reportyor.tv xəbər verir ki, qardaş ölkənin yığma komandası oyuna Şehmus Hazer, Furkan Qorxmaz, Cedi Osman, Alperen Şengün və Sertaç Şanlı ilə başlayıb.
Yığmanın top itkilərini yaxşı dəyərləndirən Adriatik komandası ilk rübü 18-14 öndə bağlayıb.
İkinci hissədə tarazlığı qoruyan "Ay-ulduzlu"lar 41-31 önə keçib.
İkinci hissədə Dublyeviçlə təsirli olan Monteneqro Larkin və Cedinin zərbəsi ilə yenə 47-44 önə keçsə də, millimiz son 10 dəqiqəyə 53-51 üstünlüyü ilə daxil olub.
Monteneqro matçın bitməsinə 4 dəqiqə qalmış 66-61 önə keçib.
Gərgin keçən qarşılaşmanın son hissəsində Furkan Qorxmaz ön plana çıxıb.
Qol sahibinin qazandığı xallarla hesabı tarazlayan milli komandamız sərbəst atışlardan yaxşı istifadə edərək meydandan 72-68 qalib ayrılıblar.
Türkiyə millisi qrupun ikinci oyununda Bolqarıstanla qarşılaşacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ