İngiltərədə hakim Mühafizəkarlar Partiyasının yeni liderinin və ölkənin Baş nazirinin seçilməsi ilə bağlı səsvermə prosesi başa çatıb.
reportyor.yə xəbər verir ki, səsvermə məktubları avqustun 1-dən göndərilməyə başlanıb.
Məlumata görə, bazar günü səslər hesablanacaq.
Partiyanın yeni liderinin və Böyük Britaniyanın yeni Baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq.
Bu postlara Böyük Britaniyanın xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak namizəddir. İctimai rəy sorğularına əsasən, rəqibini təqribən 30 faiz səslə qabaqlayan L.Trass aşkar favoriti hesab olunur.