Qanunlara qiymət oxuyan RƏİS – İldırım Alıyevin Tərtərdə yaratdığı etiraz dalğası BÖYÜYÜR
Tarix: 27-08-2022, 20:19
Baxılıb: 2 210
Google+ Paylaş
Tumblr Paylaş

Qanunlara qiymət oxuyan RƏİS – İldırım Alıyevin Tərtərdə yaratdığı etiraz dalğası BÖYÜYÜR

27-08-2022, 20:19

Tərtər rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin olunan İldırım Alıyevin yaratdığı etiraz dalğası böyüməyə davam edir.
reportyor.tv xəbər verir ki, bu barədə Region Tv-yə müraciət edən Tərtər rayon sakinləri danışıb.
Şikayətçi sürücülərin sözlərinə görə, İldırım Alıyev vəzifəyə gəldiyi gündən rayonun bir çox kəndlərində çaxnaşma yaranıb.
Belə ki, dövlər qanunlarının sıradan çıxarılması nəticəsində sürücülərdən külli miqdarda rüşvət alınıb, üstəlik hədə-qorxu yolu ilə qayda pozuntusu qeydə alınan avtomobillər girov götürülüb.
Kənd sakinləri müraciətlərində sürücülər arasında ayrı-seçkiliyə yol verildiyini qeyd ediblər.
Şikayətçilərin iddialarına görə, polis əməkdaşlarının yol verdiyi qanunazidd hərəkətlərin bir çox sübutları kənd sakinləri tərəfindən foto yaxud video şəklində toplanılıb.
Mövzu ilə bağlı daha ətraflı videosüjeti təqdim edirik:


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ