loading...

106 ailənin evsiz qoyan Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyev

Nərimanov Rayon İcra Hakimiyyətni və Azərbaycan Gözdən Əlillər Cəmiyyətini (AGƏC) kifayət qədər ciddi qanun pozuntularından xəbər vermişdik.
, 106 nəfərə yaxın şəxs Nərimanov İH və AGƏC tərəfindən aldadılaraq evsiz-eşiksiz qoyulub.

Onlar iddia edir ki, Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyevin təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus olan Nərimanov rayonu, Faiq Yusifov, 40 ünvanında tikilən binadan mənzil almaq üçün Respublikanın müxtəlif regionlarından gözdən əlil olmayan 106-a yaxın kasıb ailələrdən 8 milyon manat pul müxtəlif təbəqələrdən olan dövlət məmurları tərəfindən mənimsənilib.
Fərzəliyev Abdin – Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı

Bu məqsədlə Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyev tərəfindən dövlət məmurlarının vəzifələrindən sui-istifadə edilərək, rayon icra aparatının müvafiq qurumlarının, Nərimanov RPİ-nin, AGƏC-nin sədri Səmyar Abdullayevin və s. iştirakı ilə əsassız dövlət sənədləri hazırlanmış, həmin ailələr qanunsuz olaraq Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən AGƏC-yə məxsus yataqxanaya əlil kimi qeydiyyata alınmış, NRİH-nin başçısı Abdin Fərzəliyevin sərəncamları ilə əlil kimi mənzil növbəsinə götürülüb.

“Sonradan aydın oldu ki, adlarımıza tərtib olunmuş dövlət sənədləri bizim kimi kasıb ailələrin pullarına sahib olmaq məqsədi daşıyıb”.

Sakinlər dəfələrlə hüquqlarının pozulmasından Azərbaycan Respublikasının Prezidentinə, onun xanımı Mehriban Əliyevaya, Prezident Administrasiyasının struktur vahidlərinə, Baş Prokurora və prokuroluğun bütün struktur vahidlərinə, Daxili İşlər Nazirinə, Təhlükəsizlik Nazirinə, Milli Məclis aparatının strukturur vahidlərinə və komitələrinə, Ambutsmana və bütün digər məmurlara yollanılan şikayət ərizələrinə baxmayaraq uzun aylardır ki, heç bir təsirli tədbir görülməyib.
Eyni zamanda pulları mənimsənilmiş kasıb ailələr iddia edir ki, bu orqanlar tərəfindən şikayətimizə baxılıb tədbir görülməsi əvəzinə “kasıb ailələrin evlərinə daxil olaraq pullarını mənimsəmiş” dövlət məmurlarına – icra başçısı Abdin Fərzəliyevə, AGƏC-nin sədri Səmyar Abdullayevə və s. şəbəkə halında himayədarlıq edilir, sosial vəziyyətləri çətin olan insanların pulu üzərində baş vermiş dövlət məmurlarının mütəşəkkül korrupsiya və dələduzluq faktlarına göz yumulur. Baki şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti isə bizim pullarımıza tam sahib olmaq məqsədilə bizə qarşı yalan məlumatlar yaymaqla şər-bohtan kompaniyasına başlamış, hətta vətəndaşlıq qeydiyyatımızı da ləğv etdirdiyi üçün referendumda iştirak hüququndan məhrum etmişdir.
Carəsiz qalan sakinlər bu gün yenidən Bakı şəhər Prokurorluğunun qarşısında aksiya kecirib.[video=http://]
Reportyor.org -un əməkdaşları qısa olsa da aksiya edən çarəsiz vətandaşların lentə alıb.106 ailənin evsiz qoyan  Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyev
Reportyor.orgБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər