Paşinyan milyarder partiya sədrini razı sala biləcəkmi? - DETALLAR
Tarix: 25-08-2022, 14:16
Baxılıb: 437
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan milyarder partiya sədrini razı sala biləcəkmi? - DETALLAR

25-08-2022, 14:16

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin tərkibində dəyişikliklərə hazırladığına dair məlumat yayılıb.
reportyor.org xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
İddia edilir ki, Ermənistanın baş nazirinin mümkün təyinatları xarici işlər naziri postuna can atan “Parlaq Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan, baş nazirin müavini vəzifəsinə iddialı “Respublika” Partiyasının rəhbəri Aram Sarkisyan, və 1-2 nazir kürsüsü ilə bağlı ola bilər.
Məlumata görə, “Çiçəklənən Ermənistan” Partiyası ilə hazırda danışıqlar gedir. Buna baxmayaraq, adıçəkilən partiyanın lideri Qaqik Sarukyanı razı salmağın çətin olduğu vurğulanır.
Hakimiyyət isə sonda iş adamı, milyarder, eyni zamanda, partiya sədri Sarukyanın və onun partiyasının təslim olacağına ümid edir.
“Hraparak” yazır ki, Paşinyan küçənin yenidən aktivləşəcəyini – müxalifətin fasiləsiz mitinqlər təşkil edəcəyini gözləyir.
Buna görə də o, hakimiyyəti üçün hər hansı təhlükə yarananda ictimai narazılığı bəzi nazirləri istefaya göndərməklə - qondarma kompromis kabineti formalaşdırmaqla aradan qaldıracaq.
Elə hökumətin dünənki qərarı - sentyabrın 1-dən pensiyaların məbləğini 2000-3000 dram artırması da gələcək narazılığın yatırılmasına hesablanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ