İspaniyadan Ukrayna QƏRARI: 15 mindən çox bronijilet, raketlər və...
Tarix: 25-08-2022, 14:11
Baxılıb: 311
Google+ Paylaş
Tumblr Paylaş

İspaniyadan Ukrayna QƏRARI: 15 mindən çox bronijilet, raketlər və...

25-08-2022, 14:11

İspaniya Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya hərbi maddi yardımını iki dəfə artırıb.
reportyor.org xəbər verir ki, Madrid Kiyevə yeni raket əleyhinə hüdafiə sistemləri, zirehli maşınlar, sursat və onlardan istifadəni öyrədəcək təlimçilər göndərəcək.
Bu barədə krallığın müdafiə nazirliyi məlumat yayıb.
Bildirilib ki, İspaniya Ukraynaya hərbi yardımları bundan sonra da davam etdirəcək.
Məlumata görə, sentyabrda Ukraynaya göndəriləcək yeni yardımların içərisində 2,5 milyon avro dəyərində dizel yanacağı da olacaq.
Eyni zamanda, TOA APC M-113 avtomobilləri, modernizasiya edilmiş zenit müdafiə batareyası və raketlər, 30 min qış geyimi, eləcə də 15 min 600 gülləkeçirməz gödəkçə ukraynalı əsgərlərə çatdırılacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ