“Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi keçirildi - FOTO
Tarix: 20-08-2022, 15:32
Baxılıb: 337
Google+ Paylaş
Tumblr Paylaş

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi keçirildi - FOTO

20-08-2022, 15:32

Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda 9 ölkənin iştirakı ilə keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub.
Müdafiə Nazirliyindən reportyor.org-a bildirilib ki, estafet yarışında komandamızın hər iki heyəti peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bacarıqla gəliblər.
Hərbi qulluqçularımız növbəli şəkildə maneələr zolağını və minalanmış ərazini keçib, pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunan hədəfləri sərrast atəşlə məhv ediblər.
Mərhələni müvəffəqiyyətlə başa vuran artilleriyaçılarımız hakimlər komissiyasının qərarına əsasən müsabiqədə üçüncü yerə layiq görülüblər. Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiya komandaları tutub.
Qeyd edək ki, avqustun 23-də “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçiriləcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ