FHN yanğınlarla bağlı məlumat yaydı - FOTO/VİDEO
Tarix: 20-08-2022, 15:30
Baxılıb: 426
Google+ Paylaş
Tumblr Paylaş

FHN yanğınlarla bağlı məlumat yaydı - FOTO/VİDEO

20-08-2022, 15:30

Respublikanın Şimal regionunda meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə reportyor.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermis yanğın nəzarətə götürülüb və soyutma işləri aparılır. Burada təxminən 40 hektar ərazidə yanğın olub. Yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və çətin şəraitdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur. Burada yanğınla mübarizə tədbirlərinə FHN-in müvafiq qüvvələrinin 200 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər cəlb olunub.
Yanğının baş verdiyi Quba rayonunun Qoşabulaq kəndi yaxınlığında də yanğınsöndürmə əməliyyatları davam etdirilir. Görülmüş müvafiq tədbirlər nəticəsində burada qeydə alınan yanğın artıq nəzarətə götürülüb və soyutma işləri aparılır.
Qeyd edək ki, avqustun 15-dən etibarən Şimal regionunda baş verən yanğınlar nəticəsində bu günədək təxminən 5 min hektar ərazi yanıb.
Yanğınsöndürmə əməliyyatları davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ