loading...

Vidadi Zeynalovun BŞİH-də işləyən qohumunun başı dərddə - həbs təhülkəsi

Yaxın günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməsi başlanılacaq.

Bu barədə ANAXEBER.az-a daxil olan məlumatda deyilir ki, sabiq aparat rəhbərinin məhkəməsində ölkədə böyük ajiotaj yarada biləcək ifadələrin verilməsi gözlənilir. s

Redaksiyamıza daxil olan məlumatda deyilir ki, keçmiş rabitə naziri Əli Abbasov və Bakı şəhər İcra Hakimiyyətində Mənzil-Kommunal Təsərrüfatı Departamenti rəhbəri Rəfael Mehrəliyev də Vidadi Zeynalovun məhkəməsində şahid kimi ifadə verəcək. Hər iki şəxsin məhkəməyə çağırılacağı gözlənilir.

İddialara görə, MTN işi üzrə tutulan V.Zeynalov istintaqa ifadəsində hər iki şəxslə bağlı sualara da cavab verib. Onların da adının istintaq materiallarında keçdiyi bildirilir. Ə.Abbasovun bu sahənin naziri kimi bütün məsələlərə cavab verməli olduğu təbii ki, mütləqdir.

ANAXEBER.az-ın media üzərində apardığı araşdırmalar zamanı məlum oldu ki, sabiq aparat rəhbərinin həbsindən dərhal sonra bacısı oğlu Rəfael Mehrəliyevin iri miqyaslı maxinasiyaları mediada tirajlandı. Dayı-bacıoğlu - "rüşvət donoru" adlandırılan bu şəxslərdən birinin Hacıbala Abutalıbova, digərinin isə Əli Abbasova rüşvət daşıdığı deyilirdi.

V.Zeynalovun BŞİH-ə yerləşdirdiyi qohumu illərlə ona xidmət göstərib və lazımi təlimatları icra edib. Nəticədə MTN çetesinin tələsinə düşən dayı-bacıoğlu tandemi məsuliyyətdən yayına bilməyib.

V.Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışdığı dövrdə Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə də edib. Daha dəqiq desək bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti məhz o, həyata keçirib.

Elə həmin vaxt Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə öz qohumu Rəfail Mehralıyevi təyin etdirib.

1999-cu ildə Vidadi Zeynalovun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də, məhz elə paytaxtın mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verdiyi ciddi pozuntuları olub.

Amma dayısının işdən qovulması Rəfael Mehrəliyevin statusuna təsir göstərməyib. Vidadi Zeynalov Əli Abbasov tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni vəzifəyə gətiriləndən sonra o, Rəfael Mehrəliyevin dayaqlarını gücləndirib.

Redaksiyamıza daxil olan məlumatlardan məlum olur ki, Bakı şəhəri mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında ciddi pozuntular olub.

V.Zeynalov nazirlikdə işləyərkən MKT-na ayrılan pulların idarə olunmasında iştirak edib. Odur ki, hüquq-mühafizə R.Mehralıyevin fəaliyyətini araşdırmasına ciddi zərurət olduğu vurğulanır.

Qeyd edək ki, departamentin tabeliyində fəaliyyət göstərən bir sıra idarələr var. Belə ki, Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, “Lifttəmir” İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti bu departamentə tabedir.

Həmçinin, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi Təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi və başqa idarələr az nəzarət olunan müəssisələrdir.

Bu hal da həmin idarələrə ayrılan külli-miqdarda vəsaitlərin mənimsənilməsi üçün ideal şərait yaradıb.

R.Mehralıyevin yol verdiyi korrupsiya faktları ilə bağlı araşdırmalarımız davam edir

Qarşı tərəfi dinləməyə hazırıq.
Vidadi Zeynalovun BŞİH-də işləyən qohumunun başı dərddə - həbs təhülkəsiБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər