BMT UYĞUR TÜRKLƏRİ ilə bağlı HESABAT hazırladı
Tarix: 18-08-2022, 16:23
Baxılıb: 295
Google+ Paylaş
Tumblr Paylaş

BMT UYĞUR TÜRKLƏRİ ilə bağlı HESABAT hazırladı

18-08-2022, 16:23

BMT-nin İnsan Hüquqları Şurasının xüsusi məruzəçisi Tomoya Obokata “etnik və dini azlıqlarına mənsub şəxslərə təsir edən müasir köləlik” mövzusunda hesabat hazırlayıb.
reportyor.org xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Çinin Sincan-Uyğur Muxtar Bölgəsində bəzi pozuntuların "insanlığa qarşı cinayət" ola biləcəyini və Rohinca müsəlman qadınlarının "təhlükəsizlik qüvvələri tərəfindən sistemli cinsi zorakılığa" məruz qaldığını bildirib.
Hesabatda köləliyin müasir formalarından biri olan uşaq əməyinin bütün dünyada ən pis formada mövcud olduğu vurğulanıb. Məlumata görə görə, Asiya, Sakit okean hövzəsi, Yaxın Şərq, Amerika və Avropa ölkələrində uşaqların 4-6 faizi, Afrikada 21,6 faizi, Saharaaltı Afrikada isə 23,9 faizi uşaq əməyindən istifadə edir.
Zərərçəkmiş və hökumət bəyanatları da daxil olmaqla, bir çox mənbələrdən əldə edilən məlumatların müstəqil qiymətləndirilməsinə əsaslanaraq, hesabatda “Uyğur türkləri, qazaxlar və digər etnik azlıqların Sincanda kənd təsərrüfatı və istehsalat kimi sektorlarda işləməyə məcbur edildiyi qənaətinə gəlmək olar”.
Çinin iki fərqli sistemdən istifadə etdiyinə diqqət çəkən hesabatda bunlardan birində azlıqların peşə vərdişləri təhsili və təlimi üçün nəzarətə alınaraq daha sonra işlərə yerləşdirildiyi qeyd edilib. Bildirilib ki, digər sistem kənd təsərrüfatı işçilərinin başqa işlərə köçürüldüyü fəhlə proqramı vasitəsilə yoxsulluğun azaldılmasıdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ