Siçan deşiyindən “müstəqillik” bəyanatı - Araik yenə Bakıya hürdü
Tarix: 14-08-2022, 15:43
Baxılıb: 455
Google+ Paylaş
Tumblr Paylaş

Siçan deşiyindən “müstəqillik” bəyanatı - Araik yenə Bakıya hürdü

14-08-2022, 15:43

Mifik dövlətin mifik “prezidenti” Araik Arutunyanın başı deyəsən əməllicə qaçıb. Avqustun 13-də Xocavənddə bir qrup erməni ilə görüşdə oyuncaq rejimin “gələcəyi” ilə bağlı danışan separatçıbaşı soydaşlarına guya ürək-dirək verərək ərz edib ki, bəs “səbirli olmalı, artsaxın müstəqilik yolundan sapmamalıyıq”.
Əslində isə Azərbaycan türməsinin çoxdan darıxdığı bu itin özünə ürək-dirək, təsəlli verən lazımdır ki, ətrafında mühasirə, çənbər sürətlə daralır. Bu erməni siçovulu bir azdan gizlənməyə heç deşik də tapmayacaq, gəl ki, siyasi təlxəkliyindən əl çəkmir, hələ də “müstəqillik” xülyası ilə yaşayır, Bakıya hürür...
Diqqətçəkici həm də odur ki, cəmi bir gün qabaq – avqustun 12-də Azərbaycan Prezidenti AzTV-yə müsahibəsində Qarabağ ermənilərinin heç bir statusunun, müstəqilliyinin və ya əlavə imtiyazlarının olmayacağını net şəkildə bildirib. Özünü hələ də utanmazcasına Qarabağdakı kriminal qurumun “prezidenti” sayan Araik isə görün nə çərənləyir. Ermənilərə “müstəqilik yolundan sapmamaq” tövsiyəsi verir. Amma necə, nə ilə, hansı qüvvə və ordu ilə? Bunu söyləmir. Söyləyə bilməz. Çünki heç vaxt mümkün olmayacaq şeydən söhbət gedir.
Demək, 44 günlük müharibədən birtəhər canını qurtarmış bədbəxt Qarabağ ermənilərinin qalıqlarını yenə açıq-aşkar məhvə sürükləyir, ucuz ölümə təhrik edir Araik. Bununla da özünün cinayət məsuliyyətini daha da ağırlaşdırmış olur.
Məsələ də ondadır ki, Azərbaycanda onun haqqında çoxdan cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib. Məntiqlə öz cəzasını yüngülləşdirmək üçün Araik Arutunyan Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq eləməsə də, heç olmasa dövlətimiz əleyhinə fəaliyyətini dayandırmalı, qondarma vəzifədən həmişəlik getməli idi. Ancaq o nə edir?
Özünü hələ də miskincəsinə olmayan dövlətin “prezidenti” adlandırır, özü cəhənnəm, yerdə qalan erməniləri də Azərbaycan dövləti əleyhinə qaldırmaqla onları özünün cinayət ortağına çevirməyə çalışır. O ermənilər ki, İlham Əliyev srağagün onları bir daha yeganə düzgüm seçimi eləməyə səsləyib. Bunun Qarabağa erməniləri üçün yeganə qurtuluş və nicat olacağını xatırladıb.
Sitat: “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Onlar düzgün addım atmalı, başa düşməlidirlər ki, gələcəkləri ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir”.
Dövlət başçısı haqlı olaraq bunu da vurğulayıb ki, “əgər Qarabağda kimsə populizm naminə və ya kimdənsə qorxduğu üçün hələ də hansısa statusdan, müstəqillikdən danışırsa, bilin ki, erməni xalqının birinci düşməni odur”. Yəni araik arutunyanladır, david babayanlardır, revanşistlərdir, daşnak tör-töküntüləridir...
Axı boş şeydən nə qədər danışıb “göylərdə süzmək” olar. Danışıb-danışıb yəqin bir gün yorulacaqlar. Çünki Azərbaycan ətrafı qura-qura, təmizləyə-təmizləyə, böyür-başda yeni komandos hərbi hissələri yarada-yarada Xankəndinə – “Şeytan yuvası”na yaxınlaşır. Sıra bişəkk, günün birində araiklərin gizləndikəri deşiklərə də çatacaq. Mütləq çatacaq. Özü də 2025-ci ildən sonra yox, ona kimi!..

Zahid SƏFƏROĞLU


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ