Vegetarian qadınlara pis xəbər
Tarix: 14-08-2022, 15:37
Baxılıb: 469
Google+ Paylaş
Tumblr Paylaş

Vegetarian qadınlara pis xəbər

14-08-2022, 15:37

Lid Universitetinin tədqiqatçıları ət və balıq istehlak edənlərlə vegetarian qadınların omba sınığı riskini araşdırıblar.
Publika.az-ın "Daily Mail" qəzetinə istinadən xəbərinə görə, 26 318 orta yaşlı qadının iştirak etdiyi araşdırma vegetarianların ət və balıq yeyənlərə nisbətən omba sınığı riskinin 33 faiz daha çox olduğunu müəyyən edib.
Tədqiqatçılar omba sınıqlarının sümük və əzələlərin ehtiyac duyduğu qidaları almaması nəticəsində yarana biləcəyini bildiriblər. "Bizim tədqiqat vegetarian qadınlarda omba sınıqlarının potensial riskini vurğulayır" - tədqiqatçı Ceyma Vebster deyib.
Vegeterianlara yemək vərdişlərini dəyişmələri ilə bağlı xəbərdarlıq etmədiyini vurğulayan Vebster, qidalanma qaydasında şəxsi şərtlərə riayət edilməsinin, balanslı və sağlam həyat tərzi üçün hansı qidaların lazım olduğunun bilinməsinin vacib olduğunu qeyd edib.
Vebster vegeterianların ümumiyyətlə sümük və əzələ sağlamlığı ilə əlaqəli qida maddələrinin daha az qəbul edilməsinin narahatlıq doğurduğunu qeyd edərək, bu cür qidaların ət və heyvan məhsullarında daha çox olduğuna işarə edib.
Tədqiqatçılardan professor Janet Keyd omba sınığının insanları başqalarından asılı vəziyyətə salan, həyat keyfiyyətini aşağı salan və iqtisadi cəhətdən baha başa gələn bir sağlamlıq problemi olduğuna diqqət çəkib.
Keyd bitki əsaslı pəhrizlərin zəif sümük sağlamlığı ilə əlaqəli olduğunu söyləyib, lakin omba sınığı riski ilə bağlı hələ heç bir dəqiq məlumat yoxdur.
Tədqiqatlar həmçinin vurğulayıblar ki, çəkinizin az olmaması, pəhrizlərə əsas qida maddələri əlavə etmək, əzələləri gücləndirmək və fiziki aktivliyi artırmaq sümük sağlamlığını qorumağa kömək edəcək.
Araşdırmanın nəticələri BMC tibb jurnalında dərc olunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ