Ağstafa rayon sakini ölkə başçısından kömək istəyir
Tarix: 12-08-2022, 13:14
Baxılıb: 1 649
Google+ Paylaş
Tumblr Paylaş

Ağstafa rayon sakini ölkə başçısından kömək istəyir

12-08-2022, 13:14

Reportyor.tv saytının ünvanına göndərilmiş Ağstafa rayon sakini Əyyubova Aygün Vidadi qızının şikayətini olduğu kimi sizlərə təqdim edirik.


Əyyubova Aygün Vidadi qızı tərəfindən 

                               Şikayət Ərizəsi
 Hörmətli Cənab Prezident! Sizdən artıq dərəcədə xahiş edirəm ki, Ağstafa rayonuna komissiya təşkil olunub yoxlama göndərilsin. 1ildən artıqdır ki, Ağstafa rayon Vurğun qəsəbəsində aldığım 6sot həyətyanı torpaq sahəsində qanunsuz olaraq maneələrlə üzləşirəm. İcra Hakimiyyətindən birinci müavin Müşfiq Hüseynov tərəfindən öncə qanunsuz hasarın tikilişənə mane olundu . Dedilər guya yol xəttinə çıxmışam. İndi də deyirlər ki, Tovuz rayon daşınmaz reyester xidməti mənim torpağımda dönmə nöqtələrini düzgün vurmayıb. Bir ildən artıqdır ki, Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucov mənə şəxsən qəbulunda olduğum zaman söz verdi ki, narahat olma lazımi köməklik olunacaq ancaq heç bir nəticə yoxdur . Vurğun qəsəbə bələdiyyəsi Adil Alı oğlu Alıyev mənim mülkiyyətinə bitişik iki sot bələdiyyə torpaqlarını digər qonşu Vurğun qəsəbə sakininə qeyri qanuni satıb. Üstəlik dövlətin xəritəsində olan suvarma arxının yerini dəyişib ki , iki sot mülkiyyətimə bitişik bələdiyyə torpaqlarını ortada itirsin. 2021ci ilin iyun ayında notarial qaydada alqı satqı yolu ilə aldığım torpaqda sözün əsl mənasında mənə cəhənnəm əzabı yaşatdılar. 1ildir ki, rayon icra hakimiyyətindən məni aldadırlar . Dedilər elektron xəritə gəlsin narahat olma sənin iki sot bələdiyyə torpaqlarını hərrac yolu ilə sənin özünə satacıq və suvarma arxını öz xəritədə olan istiqamətində yenidən bərpa ediləcək. İndi məlum oldu ki, bunlar bir il ərzində məni aldadırmışlar. Elektron xəritə dövlətin xəritəsi ilə deyil bələdiyyəənin fırıldağı ilə indiki faktiki vəziyyətinə uyğun vurulub. İndi də dövlətin boynuna atırlar ki , bizlik deyil yuxarıdan peyklə vurulub. Elə bil uşaq başı qatırlar. Bütün bunları bələdiyyə planlayıb ki, öz çirkin əməllərini ört-basdır etsin. Yalandan Tovuz rayon daşınmaz əmlakın nümayəndələrini də çağırıb gözdən pərdə asmaq üçün guya kordinatları kosmosdan təyin edirlər. Bütün məlumatları bələdiyyə verir. Bələdiyyə özü çox yaxşı bilirdi ki, o torpaq sahəsi mübahisəlidir. Bilə bilə ki, o torpaq sahəsində mənim 6sot qanuni torpağımdan sonra iki sot bələdiyyə torpaqları sonra suvarma arxın və daha sonra digər qonşunun 5sot bələdiyyə torpağı və qonşunun 18sot qanuni torpağı yerləşir. Ancaq bələdiyyə 18sot qanunla torpağı olan qonşuya 9 sot torpağı qeyri qanuni yolla sənədləri saxtalaşdırıb satıb. Hal hazırda qonşunun 27 sot torpağı var.Hətta elektron xəritəyə qanunu dövlət xəritəsində olan nöqtələri deyil indiki saxtalaşdırılmış faktiki vəziyyətinə uyğun məlumatları verərək xəritənin faktiki vəziyyətinə uyğun tərtib edilməsinə şərait yaratmışdır. Bu isə onların işinə yarayır. Daşınmaz əmlak da planlı şəkildə suvarma arxının yerini bələdiyyə verdiyi vəziyyətə uyğun tərtib edərək göstərdi. Bir sözlə çox əla oyun oynadılar birlikdə. Rayon icra hakimiyyəti bir il məni aldatdı ki, elektron xəritə gəlsin . Ancaq gizlin şəkildə də xəritədə dəyişiklik edilərək faktiki vəziyyətini qanunlaşdırdılar. Hörmətli cənab prezident sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim dediklərimin doğru olduğunu görmək üçün komissiya göndərin. Mən artıq necə sübut edim. Məni təkləyiblər. Dəfələrlə şikayət etmişəm yuxarıda adları yazılan məmurlarımızın hər birinə. Onlar da rayon icra hakimiyyətinə yönəldirlər ki, kömək etsinlər . İcra Hakimiyyətindən də məni beləcə aldadaraq yola verirlər. Mənə deyirlər ki, boşuna şikayət edirsən onsuzda baxan yoxdur. Seymur Orucovun arxasında vəzifəli qohumları durur. Məs ona görə də buradan gedən şikayətlər cənab prezidentimizə çatdırılmır. Hörmətli cənab prezident. Biz sevindik ki, bizim rayonun icra başçısı gəncdir və daha humanist olar. Ancaq rayon camaatının problemləri həll olunmur. 03.08 .2022 ci il tarixində mən sizə şikayət etmişəm Vurğun qəsəbəsində acınacaqlı vəziyyət ilə əlaqədar 04.08.2022 ci il tarixində rayon icra başçısı Vurğun qəsəbəsində vətəndaşlarla görüşə gedib. Bu yaxşı əlamətdir. Gedib orada olan zibillikləri, yolların bərbad olmasını öz gözləri ilə görsün. Hörmətli cənab prezident əgər ki, rayon icra hakimiyyətinin mənə köməklik etmək kimi niyyəti olsa məni bu vəziyyətə qədər aldadıb yalandan vaxt uzatmazdılar. Bu zaman ərzində də bələdiyyə xəritədə dəyişiklik edirki məsələ bitsin. Satdığı torpağı saxtakarlıq edərək yerini dəyişib və nəticədə elektron xəritədə faktiki vəziyyətinə uyğun məlumatları daxil edilib. Çox hörmətli cənab prezident, çox hörmətli məmurlar xahiş edirəm tənha ananın səsini eşidib və mənə dəstək olun. Mən evsiz eşiksiz qəzalı vəziyyətdə dəmiryol yataqxanasında gələcəyin əsgərini böyüdürəm. Azərbaycan əsgəri qəzalı bir vəziyyətdə evdə böyüyür. Zaman gələndə vətənə olan borcunu ödəməlidir deyib əsgər aparacaqlar. Buna etiraz etmirəm. Lakin gələcəyin əsgərinin anasını niyə bu qədər incidirlər. Bu boyda rayon rəhbərliyi bir qadının problemini həll etməyə qadir deyillərmi. Mən tək ailə başçısı qadına kömək etməkdən zülüm edirlər. Özüm Ağstafa rayonu Heydər Əliyev mərkəzində kargüzar vəzifəsində çalışıram.279 AZN əməkhaqqı alıram. YAP-IN üzvüyəm. Məni intihar həddinə çatdırıblar. Mən sizə məcbur qalıb şikayət etdiyimə görə mənə icra hakimiyyəti şər atıb icra hakimiyyətinin əməkdaşları yalandan akt tərtib edib polis çağırıb protokol tərtib etdilər. Səbəb odur ki, mən cənab prezident sizin tapşırıqlarınıza əsasən ictimai fəal olaraq haqsızlıqlar gördükdə qorxmadan, çəkinmədən onu sizlərə çatdırmağa çalışıram. Mənim kimi cəsarətli insanları , ictimai fəalları bax beləcə incidirlər. Şükürlər olsun ki Rayon məhkəməsi düzgün araşdırma apararaq protokolu əsassız hesab edərək qərarı ləğv etdi.Ağstafa camaatında bir fikir formalaşıb ki, onsuzda şikayətlərə baxan yoxdur. İndi gələn icra başçısı heç kimdən çəkinmir. Onun arxasında vəzifəli qohumları durur. Mənə hətda icra hakimiyyəti əməkdaşları hədələri , təhdidlər də etdilər ki, sən oğlunla tək yaşayırsan özünə problem yaratma. Hörmətli cənab prezident . Mənim Allahdan başqa və dövlətimizdən başqa sığınacağım yoxdur. Mənim heç bir vəzifədə olan qohum əqrabam yoxdur. Bəlkə də var ancaq dəstək görməmişəm. Odur ki, Allahın və sizin mərhəmətinizə sığınaraq mənə köməklik göstərməyinizi istəyirəm. Xahiş edirəm nümayəndələrinizi göndərin. Burada olan məmurlar doğru məlumat vermirlər. Vətəndaşları məcbur edirlər ki, xarici səfirliklərə müraciət etsinlər. Mən də dövlətimizin imicinə xələl gətirən hərəkətlərə yol verməmək üçün sizdən artıq dərəcədə xahiş edirəm mənim problemimlə məşqul olmaları üçün ciddi tapşırıqlar verəsiniz.Çox xahiş edirəm mənimlə əlaqə yaradılsın. Bir telefon zəngi etmək elə də çətin deyil. Öncədən təşəkkür edirəm.
Dərin Hörmət və Ehtiramla: Aygün Əyyubova 
İmza:                                                      
Tarix 04.08.2022-ci il.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ