loading...

Sabunçu rayonu 78 nömrəli məktəbdə zavuç əsasız olaraq şagirdi döydü…

Sabunçu rayonu 78 nömrəli tam orda məktəbdə direktorun müavini vəzifəini icra edən Fatma Abdullayeva həmin məktəbin 9 A sinfində oxuyan sakit təbiətli, ağıllı qız uşağını heç bir əsası olmadan təhdid, təhqir edib və döyüb. Dərs zamanı sinif otağına girərək qız uşağını yersiz tənqid edən “zavuç” dərs bitdikdə sinifdən çıxan zaman şagirdi xəlvət yanına çağıraraq məktəbin kamerada müşahidə edilməyən, gözdən uzaq dəhlizin bir küncünə apararaq saçlarnı yolmağa cəhd etmişdir. Şagirdin möhkəm qorxduğunu görərək üzünə iki şillə də çəkmiş və sabah məktəbə özü ilə qayçı gətirərək onun məktəbli formasını kəsib-doğrayıb uşaqların gözü önündə biabır edəcəyi hədəsi ilə məktəblini təhsildən uzaqlaşdırmağa çalışmışdır. Nəzərinizə çatdırım ki, bu müəllim adına ləkə, təhsilimizə baş aşağılığı, müəllim adına yaraşmayan, təhsil qanunlarından, məktəb-müəllim-şagird davranışlarından xəbəriz olan qolçomaq, 78 nömrəli məktəbin direktor müavini Fatma Abdullayevaya, sentyabrda təyin olunmuş gənc direktor Murad Zeynalovun məktəbə laqeyd münasibəti, bir az da qol-qanad vermişdir. Şagirdi döymə səbəbinə gəldikdə isə onun səbəbi çox gülüncdür. Məktəblinin dərisində soyuğa davamsızlıq olduğu üçün anasının xüsusi hazırlatdığı əl kreminin qoxusu Fatma Abdullayevanın diqqətini çəkməsi olubdur. Bundan hiddətlənən Fatma müəllim şagirdi döydümüəllim şəkilləri-001Abdullayeva bu rəzillikləri törədmiş və bu günə qədər də şagirdlə onun valideyni ilə heç bir əlaqə yaratmamşdır…

Sabunçu rayonu 78 nömrəli məktəbdə qolçomaqlıq edən, məktəbi bazara çevirən Fatma Abdullayeva və məktəbə yenicə təyin olunmuş, məktəbdə baş verən hadisələrlə qətiyyən maraqlanmayan direktor Murad Zeynalovun təhsildən, elmdən, təhsil qanunlarından, vəzifə səlahiyyətlərindən bixəbərlikləri ilə əlaqədar olaraq doyülən şagirdin valideyininin şikayət ərizəsi əsasında Təhsil idarəsi bir başa məşğul olmaqdadır…
Nəzmiyyə HİCRAN
Şair-publisist, Prezident təqaūdçūsū...Sabunçu rayonu 78 nömrəli məktəbdə zavuç əsasız olaraq şagirdi döydü…

Reportyor.org
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər