Psixi sağlamlığı yoxlamaq üçün psixoloqa 6 SUAL
Tarix: 29-07-2022, 14:46
Baxılıb: 288
Google+ Paylaş
Tumblr Paylaş

Psixi sağlamlığı yoxlamaq üçün psixoloqa 6 SUAL

29-07-2022, 14:46

Uzun və xoşbəxt bir həyat sürmək üçün əlbəttə, özümüz özümüzə qayğı göstərməliyik. Sağlamlıq dedikdə, adətən fiziki vəziyyəti, qidalanmanı, pis vərdişlərdən imtina etməni nəzərdə tuturuq. Amma ruhi vəziyyətin sağlamlığı da bir o qədər vacib şərtdir.
reportyor.org psixoloji sağlamlıq barədə suallara cavab verən psixoterapevt və psixiatr Daniyal İbrahimovla müsahibəni təqdim edir.
Psixoloji müayinə nədir?
- Psixoloji müayinə testlər toplusudur. Əgər siz artıq bir mütəxəssislə görüş təyin etmisinizsə, terapevt sizə bu testləri verə bilər. Bu barədə internetdə özünüz də testlər tapa və nəticələrə əsasən bir qənaətə gələ bilərsiniz: psixoterapevt onları öyrənəcək və sizə tövsiyələr verəcək.
Heç bir problemi olmadığını deyən adam müayinədən keçməlidirmi?
- Hesab olunur ki, “psixoçekap” böyük şəhərlərdə varlılar üçün sakitləşdirici bir terapiyadır. Əslində öz vəziyyətini təhlil edən hər kəs yaxşı bilir ki, psixoloqla əlaqə saxlamağa dəyər, ya yox. Çox vaxt bədənin tamamilə fərqli sistemləri psixoloji problemlər barədə siqnal verir. “Sadəcə özünüzdən soruşun: yuxusuzluq, baş ağrım varmı, iştahımı itirmişəm, yoxsa əksinə, hər zaman yemək istəyirəm, əhvalım nə qədər tez-tez və kəskin şəkildə dəyişir?” Düşünə bilərsiniz ki, bunlar xarici stresslərdən qaynaqlanan zərərsiz simptomlardır. Ancaq onlar ciddi psixi pozğunluqların inkişafını göstərə bilər və müalicə tələb edir.

Bəlkə bir az açasınız, necə testlərdir?
- Fərqli istiqamətlərdə olur. Məsələn, Bek Depressiya Şkalasından istifadə edərək depressiyanın varlığını müəyyən edə və onun şiddətini təyin edə bilərsiniz. Spilberq testi narahatlığı ölçməyə imkan verir: həm şəxsi xüsusiyyət, həm də həyat vəziyyətinizi. Tükənmişlik Anketi sizə həddindən artıq iş yorğunluğu əlamətlərinin olub-olmadığını müəyyən etməyə kömək edəcək. Ancaq testlərin heç biri öz-özünə diaqnoz qoymaq və ya vəziyyətiniz haqqında nəticə çıxarmaq üçün əsas vermir. Sizin üçün bu, psixoterapevtə müraciət etməyin vaxtının gəldiyinə işarədir, mütəxəssis üçün isə vəziyyətinizi təyin etməyə kömək edən açar rolunu oynayır.
Əgər müayinəyə ehtiyacımız varsa, deməli, xəstəyik?
- Əlbəttə yox. Belə bir fikir var ki, psixoloqlara yalnız ruhi xəstələr gedir. Keçən əsrdən qalma düşüncə tərzi olsa da, hələ də ona inananlar var. Əvvəla, ona görə ki, hələ də psixiatr, psixoterapevt və psixoloqun bir və eyni olduğuna dair bir fikir var. Həqiqətən də psixiatr və psixoterapevt eyni həkim ola bilər. Amma psixiatr ilk növbədə dərman yazan həkimdir. Halbuki psixoterapevt və psixoloq “sözlə müalicə edirlər” və öz işlərində “söhbət janrından” istifadə edirlər. Əgər gücünüz tükənibsə, ağrılı, qorxulu və anlaşılmaz bir dövrdən keçirsinizsə, bu cür terapiya həqiqətən də komplekslərdən və depressiyadan qurtulmağa kömək edir.
Bəs problemlərimizi bir mütəxəssisə danışmağa layiq olmadığını düşünürüksə, bu zaman nə etməliyik?
- Psixoterapiya seansı zamanı heç kim probleminizi xətkeşlə ölçüb demir ki, bu axmaq problemdir, çox qorxuludur və ya siz özünüz həll edə bilərsiniz. Problemlərinizin hər biri diqqətə layiqdir: psixoloqla görüşdə bütün vaxt sizə ayrılır. İşiniz, ailəniz və ya məsuliyyətləriniz deyil, yalnız ruhi, emosional vəziyyətiniz və intim sahələr. Mütəxəssis sizi dinləyib eşidəcək, vəziyyəti anlamaq üçün suallar verəcək və sizə kömək edəcək. Psixoloqa getmək güclü insanın seçimidir: mütəxəssisin yanına gedir, problemləri həll edir və qalib gəlirsiniz.
Все ли со мной нормально? 6 вопросов психологу для проверки своего ментального здоровья
Problemi özümüz həll edə bilmərik?
- Həyat yolumuzda rastlaşdığımız bəzi problemləri, əlbəttə, dəstək olmadan həll etmək olar. İyirmi birinci əsr özünə kömək edən və özünü inkişaf etdirə bilənlərin dövrüdür. Bir insanın narahatlıq və təşvişdən müstəqil şəkildə çıxmasına kömək edən müxtəlif yollar və xüsusi üsullar var. Məsələn, əgər artıq psixoterapiya sahəsində təcrübəniz varsa, o zaman bunu özünüzün idarə etmək şansınız var. Bununla belə, sağalmayan mənəvi yaralar həmişə özünü hiss etdirəcək və həyatınıza mənfi təsir göstərəcək. Nəticədə qəlbinizin ən dərin qatında “kilidlədiyiniz” ağrı və üzüntüləriniz müsbət hadisələrin baş verməsinə bu və ya digər şəkildə mane olacaq. Psixoloji travmadan tam qurtulmaq yalnız psixoterapevtlə birlikdə mümkündür. Odur ki, “Hər şeyin öhdəsindən özüm gələ bilmirəm” demək və kömək üçün mütəxəssisə müraciət etmək zəiflik əlamətini göstərmir, əksinə insanın böyüməkdə olan daxili əzmi, problemlərini həll etmək, onun şüur və yetkinlik səviyyəsini artırmaq istəyidir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ