Dünyanın ən böyük lift istehsalçısı Rusiyanı tərk edir
Tarix: 27-07-2022, 18:52
Baxılıb: 288
Google+ Paylaş
Tumblr Paylaş

Dünyanın ən böyük lift istehsalçısı Rusiyanı tərk edir

27-07-2022, 18:52

Dünyanın ən böyük qaldırıcı avadanlıqları istehsal edən Amerika şirkəti “Otis” Rusiyadakı biznesini satmaq qərarına gəlib.
reportyor.org xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
“Otis” biznesin 100%-ni “Ice Devlopment” şirkətinə satacaq.
“Şərqi Avropada davam edən böhranın və humanitar faciənin qlobal təsirlərini və nəticələrini, o cümlədən tədarük zəncirinin kəsilməsini və qaydaların sərtləşdirilməsini diqqətlə araşdırdıqdan sonra belə qənaətə gəldik ki, “Otis”in Rusiyadakı biznesimizə sahibliyi artıq dayanıqlı deyil”, - deyə bəyanatda bildirilir.
Müqavilənin tezliklə bağlanacağı gözlənilir.  
“Biz regionda sülh və sabitliyin bərpasını səbirsizliklə gözləyirik. Ukraynaya yardım və humanitar səylərə töhfə verməyə davam edəcəyik”, - məlumatda qeyd olunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ