Cinayətkarların "Ferrari"si polisə verildi
Tarix: 26-07-2022, 14:51
Baxılıb: 278
Google+ Paylaş
Tumblr Paylaş

Cinayətkarların "Ferrari"si polisə verildi

26-07-2022, 14:51

Çexiyada təhlükəsizlik qüvvələri tərəfindən cinayətkarlardan müsadirə edilən "Ferrari" avtomobilləri cinayətkarlıqla mübarizə məqsədilə hüquq-mühafizə orqanlarının ixtiyarına verilib.
reportyor.org xəbər verir ki, bununla bağlı Çexiyanın Baş Təhlükəsizlik İdarəsinin rəsmi sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, cinayətkarlardan alınan "Ferrari" artıq polis maşınına çevrilib və təhlükəsizlik qüvvələrinin avtomobil parkındadır.
Məlumatda vurğulanır ki, əvvəllər cinayətkarlara xidmətində olan idman avtomobili bundan sonra cinayətlə mübarizədə polis qüvvələrinin əməliyyat işinə töhfə verəcək:
“Bundan sonra "Ferrari" ilə avtomobil oğruları tutulacaq. Bu maşın xüsusilə qeyri-qanuni yarışların qarşısını almaq və avtomobil oğrularını tutmaq üçün istifadə olunacaq".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ