Bankdan yarım milyon oğurlayanlar axtarışa verildi
Tarix: 23-07-2022, 15:43
Baxılıb: 324
Google+ Paylaş
Tumblr Paylaş

Bankdan yarım milyon oğurlayanlar axtarışa verildi

23-07-2022, 15:43

Polşanın paytaxtı Varşavada Gürcüstan vətəndaşları banka məxsus yarım milyon zlotu (təxminən 137 min manat) oğurlayıblar.
reportyor.org xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata əsasən, mühafizəçi xüsusi çanta ilə bankdan külli miqdarda pul çıxararkən maskalı 4 silahlı şəxs inkassator avtomobilinə hücum edib.
Şahidlərin sözlərinə görə, hücum zamanı mühafizəçi tapançadan atəş açaraq cinayətkarın birini yaralayıb, digər üç cinayətkar isə mühafizəçiyə küt alətlə zərbə yetirərək hadisə yerindən "Volkswagen" avtomobili ilə qaçıblar.
Məlumata görə, oğrular hadisə yerindən təxminən 1 kilometr aralıda, iz itirmək məqsədi ilə onları gözləyən digər bir avtomobillə qaçıblar.
Qeyd edək ki, hazırda Polşa polisi tərəfindən cinayətkarların axtarışı davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ