Qarabağın tarixi irsi barədə kitab təqdim olundu
Tarix: 23-07-2022, 15:39
Baxılıb: 255
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağın tarixi irsi barədə kitab təqdim olundu

23-07-2022, 15:39

Tbilisidəki Gürcüstan Təsviri İncəsənət Muzeyində aparıcı gürcü alimlərinin müəllifi olduğu “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabın təqdimat mərasimi keçirilib.
reportyor.org xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə reallaşan tədbirdə Azərbaycan və gürcü elm xadimləri, siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze, kitabın müəlliflər qrupunun rəhbəri professor Eldar Nadiradze qeyd ediblər ki, nəşrdə XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanılığına aid olan 300-dən çox artefaktın rəsmi toplanıb.
Alimlərin fikrincə, elmi araşdırma nəticəsində nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına, onun zəngin mədəni irsinə beynəlxalq marağın artmasına töhfə verəcək.
Kitab Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunub. Gürcü alimlərinə Azərbaycanın tarixi irsi sahəsində fədakar elmi tədqiqatları üçün təşəkkür edən Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bu əsərin Heydər Əliyev Fondunun təşəbbüsü və nazirliyin dəstəyi ilə artıq 5 xarici dilə tərcümə olunaraq nəşr edildiyini deyib.
O, nəşrin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli”nə töhfə olduğunu vurğulayıb, kitabın dünyanın digər elmi və mədəni mərkəzlərində də təqdim ediləcəyini, bununla da Qarabağ torpağında qədim və zəngin Azərbaycan irsinin tərənnümünə xidmət edəcəyini bildirib.
Daha sonra təqdimatda iştirak edən Gürcüstanın elmi və mədəniyyət ictimaiyyətinin nümayəndələri kitab-albomdan seçilmiş artefaktları əks etdirən fotosərgi ilə tanış olublar. Onların arasında Qarabağ xanlığına aid edilən bayraq, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini əks etdirən fotolar xüsusi marağa səbəb olub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ