Bakı metrosunda qatarların hərəkəti ləngidi
Tarix: 29-06-2022, 20:42
Baxılıb: 309
Google+ Paylaş
Tumblr Paylaş

Bakı metrosunda qatarların hərəkəti ləngidi

29-06-2022, 20:42

"İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sistemi işə düşüb.
reportyor.org xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri "Sahil" stansiyasında düşürüb və yoluna davam edib.
Qatarda hər hansısa problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xətdən çıxarılıb. Əvəzinə qatar verilib.
Bu səbəbdən "Nəriman Nərimanov-Həzi Aslanov" istiqamətində bir marşrut üzrə intervaldan əlavə 2 dəqiqə fərq yaranıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ