NATO-nun yeni konsepsiyası: qapılar kimlər üçün açılır?
Tarix: 29-06-2022, 20:42
Baxılıb: 259
Google+ Paylaş
Tumblr Paylaş

NATO-nun yeni konsepsiyası: qapılar kimlər üçün açılır?

29-06-2022, 20:42

NATO-nun yeni konsepsiyası 2008-ci il Buxarest sammitinin qərarını və Gürcüstan və Ukrayna ilə bağlı bütün sonrakı qərarları bir daha təsdiq edir.
reportyor.org xəbər verir ki, bu barədə Madrid sammitində təsdiqlənmiş NATO-nun Strateji Konsepsiyasında deyilir.
"Biz Avro-Atlantikada sülh, sabitlik və təhlükəsizlik sahəsində ümumi maraqlarımızı inkişaf etdirmək üçün Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna ilə tərəfdaşlığımızı inkişaf etdirməyə davam edəcəyik. 2008-ci il Buxarest Sammitində qəbul edilmiş qərarı və Gürcüstan və Ukrayna ilə bağlı bütün sonrakı qərarları bir daha təsdiq edirik", - Konsepsiyada qeyd olunub.
NATO-nun Şimali Atlantika müqaviləsinin 10-cu maddəsinə əsasən açıq qapı siyasəti də bir daha təsdiqlənib:
"Bizim qapılarımız İttifaqımızın dəyərlərini bölüşən, üzvlük məsuliyyətlərini və öhdəliklərini öz üzərinə götürməyə hazır olan və ümumi təhlükəsizliyimizə töhfə verən bütün Avropa demokratiyaları üçün açıq qalır. Üzvlük qərarları NATO müttəfiqləri tərəfindən qəbul edilir. Bu prosesdə heç bir üçüncü tərəfin səsvermə hüququ yoxdur”, - deyə sənəddə bildirilir.
Konsepsiyada həmçinin vurğulanır ki, güclü və müstəqil Ukrayna Avro-Atlantik məkanın sabitliyi üçün kritikdir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ