AXCP-nin Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib - SƏBƏB
Tarix: 26-06-2022, 20:10
Baxılıb: 462
Google+ Paylaş
Tumblr Paylaş

AXCP-nin Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib - SƏBƏB

26-06-2022, 20:10

Reportyor.org APA-ya istinadən xəbər verir ki, Samux kənd sakini 1968-ci il təvəllüdlü Xəzər Məmmədov münaqişə zəminində 1954-cü il təvəllüdlü  Çapay Sadıqlını dəryazla vuraraq  qətlə yetirib.
Bildirilib ki, tərəflər arasında münaqişəyə səbəb hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə olub.

Qətlə yetirilən Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədr olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki,  Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xəzər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib: "Faktla bağlı cinayət işi başlanıb. Onu da qeyd edim ki, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motiv yoxdur".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ