“Gilas ala bilmirəm…” deyən deputatın mülklərinin SİYAHISI
Tarix: 26-06-2022, 18:34
Baxılıb: 3 688
Google+ Paylaş
Tumblr Paylaş

“Gilas ala bilmirəm…” deyən deputatın mülklərinin SİYAHISI

26-06-2022, 18:34

Yüksək əmək haqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm.
Reportyor.org xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında mövsüm meyvələrinin bahalığı haqda danışan millət vəkili Fəzail Ağamalı deyib.
“Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!”, – deyə deputat bildirib.
Millət vəkili açıqlamaları ilə özünə “xalqın dostu” imicini yaratmağa çalışır. Deputat bu açıqlamaları ilə, görünür, mətbuatda və sosial şəbəkədə siyahısı yayılan mülklərini, biznesini ört-basdır etməyə çalışır.
F. Ağamalının mülklərinin sosial şəbəkədə yayılan siyahısını təqdim edirik:
1. “BUTA” bağçaları (qızı Günay Ağamalının adına)
2. Novxanıda villa (öz adına)
3. Novxanıda villa (oğlu Elçinin adına)
4. Nərimanov rayonu, M.Əlizadə küçəsində 2 mənzil
5. M.Araz küçəsində 2 mənzil
6. Çınqıl zavodu
7. Neftçala rayonunda şadlıq sarayı
8. “555” nömrəli bahalı avtomobillər
9. Ukraynada meyvə biznesi
10. Atatürk prospektində villa
11. Şəhərin bir neçə yerində təzə binalarda mənzillər
12. Xətayi rayon məhkəməsinin binası (icarədədir, F.Ağamalıya məxsusdur)
13. Boru sexləri (oğlu idarə edir) və s.
14. Salyan və Neftçala rayonlarında yüzlərlə parnik, obyekt və yük maşınları.
Bu gün hər kəsi maraqlandıran məsələ 8-10 manata gilas ala bilməyən deputatın bu qədər mülkü hardan və necə əldə etməsidir. Əslində deputat Fəzail Ağamalının vətəndaşlara verdiyi sualı onun özünə vermək lazımdır. Görəsən, tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə edib?
Ən önəmlisi isə odur ki, məmurlara vəzifədən getməyi məsləhət görür, lakin özü nədənsə 2020-ci ilin parlament seçkilərində seçicilər tərəfindən rüsvayçılıqla qovulduğunu yada salmaq istəmir.
Qeyd edək ki, seçkilər zamanı sayı 50-ni keçməyən bir qrup insan Fəzail Ağamalıya qarşı çıxaraq, onun yenidən deputat kimi namizədliyini irəli sürməsinə görə etiraz etmişdir.
KanalS.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ