loading...

Ermənilər İsa bulağında festival keçirəcək - Baxın, diqqətlə baxın...

Tədbirdə fransızlar, rumınlar, moldovanlar, koreyalılar, gürcülər də iştirak edəcək

Sentyabrın 15-17-də işğal altındakı Dağlıq Qarabağın “mədəni paytaxtı” elan edilmiş Şuşada “ArtsaxEtnoFest” adlı “beynəlxalq” festival keçiriləcək.

Festival çərçivəsində məşhur İsa bulağı yaxınlığındakı “İsaaki Axpyur”(“İsaak bulağı”) adlı restoran-kompleksində müxtəlif ölkə mətbəxlərinə aid xörək və şirniyyatlar nümayiş etdiriləcək. Tədbirdə Ermənistan və DQ ilə yanaşı, Fransa, Rumıniya, Cənubi Koreya, Moldova, Gürcüstan və Suriyadan da kulinarlar iştirak edəcək. Təbii ki, ermənilər hər yerdə olduğu kimi, burada da dolma, şişlik, lavaş və s. kimi Azərbaycan dadlılarını öz adlarına çıxacaqlar...

Qeyd edək ki, İsa bulağı üzərindəki restoran-kompleksi 2014-2015-ci illərdə Şuşada biznes layihələri icra edən, villalar ucaldan Ermənistan parlamentinin keçmiş deputatı, respublika Futbol Federasiyasının prezidenti, tanınmış oliqarx Ruben Ayrapetyan tikdirib. O, bulağa gedən yolu tam asfaltlayıb, əraziyə qaz çəkdirib.

Xatırladaq ki, Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağı Şuşa şəhərindən 2 kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Bu hidronim haqqında yerli əhalinin tarixən topladığı məlumata görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır...

(moderator.az)Ermənilər İsa bulağında festival keçirəcək - Baxın, diqqətlə baxın...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər