Parisdə ermənilərin təxribatı baş tutmadı
Tarix: 17-06-2022, 11:04
Baxılıb: 240
Google+ Paylaş
Tumblr Paylaş

Parisdə ermənilərin təxribatı baş tutmadı

17-06-2022, 11:04

Ermənilər Fransanın paytaxtı Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum ediblər. 
reportyor.org xəbər verir ki, hadisə Fransada fəaliyyət göstərən Ere TV-nin Qarabağdan və Şuşa şəhərindən hazırladıqları “Qarabağa gedən yol” adlı filmin Mədəniyyət Mərkəzində təşkil edilmiş təqdimatına mane olmaq istəsələr də, buna nail ola bilməyiblər.
Səfirlik fransız polisinə müraciət edib və əraziyə gələn asayiş keşikçiləri dəstənin əsas üzvünü saxlayıblar.
“Qarabağa aparan yol” filminin təqdimatı vaxtında və yüksək səviyyədə keçirilib.  
Saytımıza açıqlamasında bu sözləri hadisə zamanı zərər çəkmiş fəal diaspor üzvümüz, Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təsisçisi Aytən Muradova bildirib.  O, qeyd edib ki, ermənilər ilk dəfə idi ki, bu binaya hücum edirdilər. Həm Ere tv-nin əməkdaşlarına, həm də tədbir iştirakçılarına qarşı vəhşilik edən ermənilər Aytən Muradovanın da gözünə xəsarət yetiriblər. Lakin çağrılımamış qonaqlar yerindəcə susdurulub. Mikrofonları əllərindən alınaraq, ərazidən uzaqlaşdırılıblar.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ